Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Alim İrandan ‘dağları aşaraq’ qaçıb


Kamil Əhmədi
Kamil Əhmədi

Britaniya-İran vətəndaşlığı olan antropoloq ölkəni dağlıq ərazidəki sərhəddən piyada keçərək tərk edə bilib.

Onu İranda uzunmüddətli həbsxana cəzası gözləyirdi.

Kamil Əhmədi fevralın 3-də Britaniya mediasına deyib ki, onu apellyasiya məhkəməsinə qədər zaminə buraxmışdılar:

"Mən sadəcə olaraq ölkəni tərk etdim. Yol çantamı yığdım, üzqırxanımı, bir neçə kitabımı və notbukumu götürərərk çıxdım. Bir də isti paltarlarımı götürmüşdüm, çünki bilirdim ki, o qatardan dağlarda düşəcəyəm. Yol çox soyuq, çox uzun, çox qaranlıq və çox qorxulu idi…”

Alim The Guardian qəzetinə deyib ki, o qaçaqmalçıların getdiyi yollarla əvvəlcə İraqa, oradan da Türkiyəyə keçib.

Onun sözlərinə görə, qalın qar örtüyü sərhədçilərin nəzərindən yayınmasına imkan yaradıb.

Neft tankerinə görə?

Əhmədi 2020-ci ilin dekabrında 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Alimi “düşmən ölkə ilə əməkdaşlıqda” ittiham edirdilər.

Bundan başqa ondan 722 min dollar cərimə ödəməsi tələb olunmuşdu.

Alim 2019-cu ildə Tehrandakı evində həbs olunmuş və Evin həbsxanasına salınmışdı.

O həbsxanada ikən psixoloji işgəncələrə məruz qaldığını bildirir.

Bundan sonra Əhmədini İnqilab Məhkəməsinin dinləməsinədək zaminə buraxmışdılar.

Milliyyətcə kürd olan alim uşaq nikahları, qadın sünnəti, azlıqlar, gender və siğə kimi həssas məsələləri araşdırırdı.

Valideynləri onu Britaniyaya 18 yaşı olanda göndərmişdilər. O orada Kent Universitetində və London İqtisad Məktəbində təhsil almış, Britaniya vətəndaşı olmuşdu.

Əhmədi BBC-yə deyib ki, onu təkcə ikili vətəndaşlığına görə həbs etməmişdilər.

Bu, həm də 2019-cu ildə İranın neft tankerinin Cəbəllütariq yaxınlığında həbs edilməsinə cavab idi.

XS
SM
MD
LG