Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

Navalnının müalicə olunduğu xəstəxananın həkimi ölüb


Sergey Maksimişin
Sergey Maksimişin

Noyabrda Omsk regionunun Səhiyyə Nazirliyinin başçısı təyin olunmuş Muraxovski deyib ki, Maksimişin xəstəxanada 28 i işləyib və minlərlə həyatı xilas edib

Rusiyada müxalifətçi Aleksey Navalnının müalicə olunduğu Omsk xəstəxanasının reanimasiya həkimi ölüb. Bu haqda xəstəxana və regionun Səhiyyə Nazirliyi məlumat yayıb. Navalnı ötən yayda zəhərlənmədən sonra Omsk xəstəxanasına aparılmış, daha sonra Berlinə göndərilmişdi.

1 saylı Omsk xəstəxanasında anesteziologiya və reanimasiya şöbəsinin baş həkim müavini Sergey Maksimişinin ürək tutmasından öldüyü bildirilir. Onun 55 yaşı vardı.

Navalnı zəhərlənmədən sonra həmin reanimasiya şöbəsində müalicə olunurdu.

Xəstəxananın bildirməsinə görə, Maksimişin “qəflətən vəfat edib”, açıqlamanı CNN yayıb. Qurum ölümün səbəbini açıqlamayıb.

44 yaşlı Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. O, sonradan Omsk xəstəxanasına yerləşdirilib.

Süni koma vəziyyətinə salınan Navalnı Almaniyada zəhərlənmədən beş ay müalicə olunub. Avropada aparılan testlər onun Noviçok qrupundan maddəylə zəhərləndiyini müəyyənləşdirib.

Keçmiş baş həkim deyir ki...

Maksimişin Navalnı xəstəxanada olanda mətbuat üçün hər hansı brifinq keçirməyib. Həkimlər ilkin olaraq onun zəhərləndiyini bildirsələr də, sonradan təkzib etdilər.

O zaman Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski idi. O, jurnalistlərə Navalnının vəziyyətinin ağırlaşmasına “metabolik pozuntular”ın səbəb olduğunu açıqladı.

Noyabrda Omsk regionunun Səhiyyə Nazirliyinin başçısı təyin olunmuş Muraxovski deyib ki, Maksimişin xəstəxanada 28 i işləyib və minlərlə həyatı xilas edib.

“O, adamları tam reallığa qaytarırdı. Doktor Maksimişin üçün çox darıxacağıq. O, çox tez getdi , bu itkinin ağrısı xüsusilə acıdır”, – Muraxovski deyib.

Navalnı yanvarın 17-də Rusiyaya qayıdanda saxlandı və bu həftə məhkəmə onu daha öncəki şərti cəzanın şərtlərini pozduğuna görə 3 ilədək həbsə məhkum etdi.

Müxalifətçinin həbsi Avropa Birliyi və Birləşmiş Ştatlar daxil olmaqla beynəlxalq qınağa səbəb olub.

XS
SM
MD
LG