Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:38

Sərhəddəki erməni kəndi niyə narahatdır?


Şurnuxdan yeni görüntülər: erməni sakinlər Azərbaycan əsgərləri ilə münasibətlərini izah edirlər
Gözlə

No media source currently available

0:00 0:09:51 0:00

Şurnuxdan yeni görüntülər: erməni sakinlər Azərbaycan əsgərləri ilə münasibətlərini izah edirlər

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun reportajında deyilir ki, Şıxovuz (ermənilər Şikahoğ deyirlər) kəndinin sakini Andranik Markaryan başa düşə bilmir: Niyə sülh razılaşmasından sonra Rusiya, Azərbaycan və Ermənistan silahlı əsgərləri onların kəndinə gedən yolun üstündə dayanıblar?

O tez-tez nizamsız atəş səslərini eşitdiyini bildirir:

“Belə hal uzun müddət davam etsə, nəticəsi müharibə olacaq”.

Xəbərdə deyilir ki, Gorus-Qafan şosesində, habelə Ermənistanın Syunik vilayətinin kəndarası yollarında silahlı azərbaycanlı əsgərləri görmək olur.

Reportajda deyilir ki, Qafandan Çakaten və Şıxovuz kəndlərinə gedən yolda lövhə var. Onun üzərində “Azərbaycana xoş gəlmisiniz!” yazılıb.

Bu lövhədəki yazını kimlərsə, iki gün əvvəl rənglə örtmüşdülər, amma azərbaycanlılar yeni lövhə qoyublar.

Ermənistan ombudsmeni bütün bu baş verənləri dinc sakinlərinin hüququnun pozulası adlandırıb.

Qafanın meri Gevork Papyan deyir ki, buralarda hələlik ciddi toqquşma olmayıb, amma risk qalır.

Mer iddia edir ki, Azərbaycan sərhədçiləri bu yola silahlı çıxmamalıdırlar:

“Onlar yoldan daim görüntü məsafəsində olmalıdırlar”.

Qafanın 37 kəndindən 16-sı sərhədyanı kəndlərdir.

Qafan yolunun 4 kilometri

Merdə düzəlişlər edildikdən sonra hazırlanmış yeni xəritə var. O bildirir ki, ermənilər sovet sərhədlərinə qayıdıblar, amma Zəngilan və Qubadlı təslim ediləndən sonra təhlükəsizlik zolağından məhrum olublar və bu səbəbdən kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirlər.

Bu da qeyd olunur ki, Qafan-Çakaten yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib.

Mer belə vəziyyətdən razı deyil. Onun sözlərinə görə 1930, 1940, 1980-ci illərin xəritələrində başqa vəziyyət göstərilib.

Şıxovuz kənd administrasiyasının başçısı Nare Kazaryan deyir ki, indi sakinlər öz kəndlərinə qorxu altında gedib-gəlirlər.

O bildirir ki, kənddən mümkün qədər böyük dəstə ilə çıxırlar, axşamlar isə heç bunu da etmirlər.

Azatutyun yazır ki, Şıxovuz sakini Samvel Aqabekyan hər gün bu yolla gedib-gəlir. O döyüş silahı almaq üçün sənəd toplayır:

“Mən hər gün şəhərə gedib-qayıdıram. Uşaqlarım ordadır. Mənim təhlükəsizliyimə, burdan Qafana silahsız gedib gəlməyimə kim qarantiya verəcək? Mən məcburam deyə gedib-gəlirəm. Özünümüdafiə üçün döyüş silahı istəyirəm”.

Bir hissəsi Ermənistanın, bir hissəsi Azərbaycanın nəzarəti altında qalan kənddən reportaj
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Məktəbdə cəmi 6 şagird var

Şıxovuz həm də sərhədyanı kənddir, amma burada sərhəd xətti hələ dəqiqləşdirilməyib. Elə yerlər var ki, Zəngilanın bir neçə addımlığındadır.

Nare Kazaryan deyir:

“Torpaq düşmənə keçməyib. Biz elə də itki verməmişik, amma kənd sərhəddə, düşmənin lap yaxınlığındadır. Bizim 52 hekrtar torpağımız var. Bunun 16 hektarı örüş yerdir. Qalanı əkin sahəsidir”.

Onun sözlərinə görə torpaq şumlanıb, toxum səpilib, amma məhsulu necə yığacaqlarını bilmirlər.

Kazaryan deyir ki, malqara örüşsüz qalıb.

Azatutuyun yazır ki, son illərdə Şıxovuz kəndində proqramları Almaniyanın inkişaf bankı aparırdı.

Onlar kəndi turistlər üçün cazibədar etmək üçün avropəncərələr, günəş batareyaları qoymuşdular.

Başçının sözlərinə görə hər il bura kilsələrə və xaçdaşlara baxmaq üçün 2000-dək turist gəlirdi:

“Bu kəndi canlandırırdı. Bizim kənddə qonaq evi kimi istifadə etdiymiz mülklər var. Bu, həm də adamlar üçün gəlir mənbəyi idi. Kənd sakinləri məhsullarını turistlərə satırdılar. Amma indi bütün bunlar qeyri-müəyyəndir”.

Azatutyun yazır ki, Şıxovuzda indi cəmi 56 ailə yaşayır. Amma sovet vaxtı burada 250 yerlik məktəb tikilmişdi. Bura perspektivli kənd sayılırdı. Lakin indi məktəbdə cəmi 6 şagird var.

Savaşın əks-sədası: Uşaqlar danışır (Tərtərdən reportaj)
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Əsirləri dəyişdirək, silahları yığışdıraq

Kənd sovetinin keçmiş sədri Andranik Markaryanın dediklərindən məlum olur ki, kənd artıq bir xeyli müddət bundan əvvəl tənəzzüldə olub.

O deyir ki, sovet vaxtı kənddə Qafan müəssisələrinin filialları vardı, kənd çiçəklənsə də, əhali getdikcə azalırdı. İndi isə yol da azərbaycanlılara keçib:

“Biz yaxşı yaşamağa, təhlükəsiz yaşamağa ümid edirdik. Belə bir ifadə var: bəzən ümid yemək kimi olur. Amma indi bizi ümiddən də məhrum ediblər”.

Markaryan bildirir ki, hökumət onların kəndini suvarma suyu ilə təchiz etməlidir. Bundan başqa sakinlərin malqaranı tövlələrdə saxlamaq imkanı olmaılıdır.

Keçmiş sədrin sözlərinə görə o təhlükəsizliyi qonşuluqda silahlı azərbaycanlıları yox, dinc Azərbaycan sakinlərini görəndə hiss edəcək:

“Əgər siz sülh istəyirsinizsə, dinc yanaşı yaşamaq istəyirsinizsə, gəlin əsirləri dəyişdirək, silahları yığışdıraq...Məgər Gürcüstanla bizim aramızda silahlılar dayanır?”

XS
SM
MD
LG