Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:30

Navalnaya Almaniyaya gedib


Yuliya Navalnaya
Yuliya Navalnaya

Navalnaya özü də ərinə dəstək yürüşündə saxlanmışdı

Rusiyada həbs olunmuş müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Almaniyaya uçub. Bu haqda “Interfax” mənbəyə istinadla xəbər yayıb.

Navalnaya özü də ərinə dəstək yürüşündə saxlanmışdı.

Agentliyin bildirməsinə görə, Navalnaya fevralın 10-da Moskvadakı Domodedovo aeroportundan Almaniyanın Frankfurt şəhərinə yola düşüb.

Əlavə informasiya açıqlanmır.

***

Moskvanın iki deputatı ev dustağı edilib

Moskvanın Basmannı məhkəməsi şəhər şurasının iki üzvünü koronavirus qadağalarını pozduğuna görə ev dustağı edib. Onların Moskva sakinlərini müxalifətçi Aleksey Navalnıya dəstək üçün icazəsiz aksiyalara çağırdığı bildirilir.

Məhkəmə Konstantin YankauskasDmitri Baranovski barədə hökmü fevralın 9-da çıxarıb. Daha öncə isə başqa bir deputat Lyusya Şteyn haqda hökm verilmişdi.

Navalnının 10 tərəfdarı və müttəfiqi saxlanıb

Deputatlar hələlik açıqlama verməyiblər. Amma Moskva Şəhər Dumasının müxalifətdən olan üzvü Mixail Tumonov bu addımı “vətəndaş hüquq və azadlıqlarına hücum” adlandırıb.

Deputatlar daxil Navalnının 10 tərəfdarı və müttəfiqi saxlanıb. O, yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb.

Navalnının qardaşı Oleq Navalnı, rəhbəri olduğu fondun hüquqşünası Lyubov Sobol, sözçüsü Kira Yarmış da saxlananlar sırasındadır.

Onların çoxu ev dustağı edilib, pandemiya zamanı sanitar-epidemioloji qaydaları pozduqları bildirilir. Təqsirli bilinsələr, hərəsi iki ilədək həbsə məhkum edilə bilər.

Fevralın 8-də Moskvadakı Memorial İnsan Haqları Mərkəzi bu qrupu siyasi məhbuslar kimi tanıyıb.

Bir gün öncə isə 100-dən artıq rusiyalı aktyor, rejissor, yazıçı, musiqiçi, şair və alim açıq məktub yazaraq Navalnının həbsinə, son həftələr onun tərəfdarlarının kütləvi həbsinə etiraz ediblər.

10 mindən çox etirazçı saxlanıb

44 yaşlı Navalnı ötən avqustda Sibirdə zəhərlənib, sonradan müalicə üçün Almaniyaya aparılıb. Onun sinir qazıyla zəhərləndiyini bir neçə laboratoriya təsdiqləyib. Müxalifətçi bunun arxasında Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də, Kreml təkzib edir.

Yanvarın 23-də və 31-də Rusiyanın 100-dən artıq şəhərində Navalnının həbsinə etiraz aksiyaları keçirilib, 10 mindən çox etirazçı saxlanıb.

Fevralın 2-də məhkəmə Navalnını mənimsəmə ittihamı üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilib. O, 2 il 8 ay həbs cəzası çəkəcək.

Məhkəmənin qərarı ölkə boyunca kütləvi etirazlara səbəb olub, polis onları zorakılıqla dağıdıb. Həmin gün ümumilikdə 1400-dən çox etirazçı saxlanıb.

XS
SM
MD
LG