Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

'Məndən virus analizi götürməyə gələn həkimi polis rəisi otağına çağırdı...'


N.İbrahim
N.İbrahim

Bir neçə il öncə ağzını tikib aclıq edən, hazırda isə həbsdə olan ictimai fəal Nicad İbrahim deyir ki, uzun müddət polis özbaşınalığı ilə üzləşib – pulu əlindən alınıb, haqsız cəzalandırılıb. Amma bu haqda şikayətlərinə baxılmayıb. Ona görə də etiraz olaraq Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəyirdi. Evdən çıxıb aksiya keçirməyə gedəndə polislər onu saxlayıb, saxta ittihamla həbsə göndəriblər. O, bütün bunlar haqqında fevralın 16-da öz məhkəməsində ifadə verərkən danışıb.

"Əlimdə əlcək, ağzımda maska vardı"

N.İbrahim COVID-19 daşıyıcısı olduğu halda, küçəyə çıxıb koronavirus yaymaqla başqalarının həyatına təhlükə yaratmaqda suçlanır. Amma özü deyir ki, heç vaxt koronavirusa yoluxmayıb: "Məni polislər saxlayanda əlimdə əlcək, ağzımda maska vardı. Heç söz deməyə qoymadılar, qollarımı burub apardılar. 19-cu bölməyə həkim və bir nəfər tibb bacısı gəldi. Onlar məndən virus analizi götürəndə polis dedi ki, "rəis sizi çağırır". Onlar rəislə görüşüb qayıdandan sonra analiz götürdülər. Sonra saxta rəy alındı ki, guya koronavirusam. Bəs onda niyə ailə üzvlərim nəzarətə götürülmədi?".

İctimai fəalın sözlərinə görə, özü Laçın rayonundan məcburi köçkündür. Uzun illərdir iki azyaşlı övladı, yaşlı anası da daxil olmaqla, ailəliklə köhnə uşaq bağçasında məskunlaşıblar. Qaldıqları yeri odunla qızdırırdılar və odunu belə özü tapıb gətirirdi: "Ailənin yeganə çörək gətirəni mən olmuşam. Xahiş edirəm, bunları nəzərə alın...".

Fevralın 24-də məhkəmədə prokuror İbrahimə cəza istəyəcək.

İctimai fəalın ittiham olunduğu CM-in 139-1.1 maddəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Özü isə deyir ki, onu prezidentə istefa tələbi ilə aksiya keçirmək istədiyinə görə cəzalandırırlar.

XS
SM
MD
LG