Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:35

İran yenə sanksiyaları qaldırmağa çağırır


M.C.Zərif
M.C.Zərif

Dövlət Departamenti bəyan edib ki, Birləşmiş Ştatlar nüvə sazişini imzalayan tərəflərin iclasına qatılmaq üçün Avropa Birliyinin dəvətini qəbul edər

İran deyir ki, ABŞ sanksiyaları qaldıran kimi 2015-ci il nüvə sazişinə zidd addımlarını “dərhal ləğv edər”. Bundan öncə Vaşinqton keçmiş prezident Donald Trampın 2018-ci ildə tərk etdiyi sazişi canlandırmağa hazır olduğunu bəyan edib. Tramp sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa etmişdi.

Sanksiyalar qaldırılarsa, “biz bütün addımları ləğv edə bilərik”, – Xarici işlər naziri Məhəmməd Cavad Zərif fevralın 19-da Twitter-də yazıb.

Administrasiya görüşə hazırdır

Prezident Co Bayden administrasiyası fevralın 18-də bildirib ki, nüvə proqramına görə İranla görüşməyə hazırdır.

Administrasiya həmçinin bəzi diplomatik addımlar da atıb, Nyu Yorkda mənzillənən BMT-də akkreditə olunmuş İran diplomatlarının hərəkətlərinə “aşırı məhdudlaşdırıcı” qadağaları yumşaldıb. Həmçinin BMT-nin Təhlükəsizlik Şurasına bildiriş verib ki, ovaxtkı prezident Donald Trampın 2020-ci ildə işə saldığı mexanizmi geri çəkir. Tramp həmin mexanizm çərçivəsində deyirdi ki, BMT-nin İrana sanksiyaları bərpa olunmalıdır.

“Reuters”in fevralın 19-da İranın aparıcı rəsmisinə istinadla yaydığı xəbərə görə, Tehran Vaşinqtonun sazişi dirçəltmək təklifini nəzərdən keçirir.

“Amma əvvəlcə, onlar sazişə qayıtmalıdırlar. Sonra 2015-ci il sazişinə uyğun olaraq, addımları sinxronlaşdırmaq mexanizmi müzakirə oluna bilər”, – agentliyin adını çəkmədiyi rəsmi deyib.

BMT sanksiyaların qüvvəyə minməyəcəyini bildirib

Sazişdən çıxmağına baxmayaraq, keçmiş dövlət katibi Mayk Pompeo iddia edirdi ki, Birləşmiş Ştatlar texniki olaraq sənədin bir tərəfidir və Vaşinqton İranın pozuntularına görə BMT sanksiyalarını işə salır.

Amma ABŞ-ın müttəfiqləri belə Pompeonun arqumentini rədd ediblər, BMT bu sanksiyaların qüvvəyə minməyəcəyini bildirib.

Dövlət Departamenti bəyan edib ki, Birləşmiş Ştatlar nüvə sazişini imzalayan tərəflərin iclasına qatılmaq üçün Avropa Birliyinin dəvətini qəbul edər.

Tramp sazişdən çıxanı Vaşinqton belə görüşlərə getməyib.

Dəvətnamə hazır olmasa da, tezliklər gözlənir. Fevralın 18-də ABŞ, Britaniya, Fransa və Almaniya diplomatları müzakirələr aparıblar.

Kremlin sözçüsü Dmitri Peskov isə Moskvada jurnalistlərə deyib ki, Vaşinqtonun daha İrana beynəlxalq sanksiyalara çağırmaması “yaxşı şeydir”, amma sazişə tam əməl olunması üçün xeyli iş görülməlidir.

XS
SM
MD
LG