Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:39

AB-dən Rusiyaya yeni sanksiya qərarı gözlənir


Navalnıya azadlıq tələb olunub, Sankt Peterburq, 31 yanvar, 2021-ci il
Navalnıya azadlıq tələb olunub, Sankt Peterburq, 31 yanvar, 2021-ci il

Brüssel görüşü ərəfəsində Navalnının müttəfiqlərindən ikisi Belçikanın paytaxtında AB-nin səkkiz xarici işlər naziri, AB səfirləri ilə görüşüblər

Fevralın 22-də Avropa Birliyinin müxalifətçi Aleksey Navalnının həbsinə, onun müttəfiqlərinə divan tutulmasına görə Rusiyaya yeni sanksiyaları təsdiqləməlidir.

AB-nin 27 üzvünün aparıcı diplomatları Brüsseldə bir araya gələrək Rusiya rəsmilərinə, qurumlarına qarşı tədbirləri işə salacaq. Onların aktivləri dondurula, viza qadağaları qoyula bilər.

Navalnı ötən ay Almaniyadan Moskvaya qayıdarkən saxlanandan sonra AB-də daxili müzakirə keçirilmişdi. Müxalifətçi ötən avqustda Rusiyada zəhərlənmədən Berlində müalicə alırdı. Özü və tərəfdarları zəhərlənməyə görə Rusiya Prezidenti Vladimir Putini ittiham edir. Oktyabrda AB Navalnının Noviçok sinir qazıyla zəhərlənməsinə görə Rusiyanın altı rəsmisinə sanksiyalara açıqladı.

Həftəsonu isə Moskvada məhkəmə Navalnıya fevralın əvvəlində kəsilmiş 2 il yarım həbs cəzasını qüvvədə saxladı. O, daha öncəki mənimsəmə ittihamı üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilinib. Kremlin tənqidçisi başqa bir iş üzrə isə cərimələnib, 2-ci Dünya müharibəsi veteranını təhqir etdiyi iddia olunub. Hər iki məhkəmə işi siyasi motivli hesab olunur.

Brüsseldə görüş olub

Təxminən iki həftə öncə AB-nin xarici siyasət rəhbəri Jozep Borrel Moskvaya səfəri zamanı elə də xoş hisslər yaşamayıb, daha sonra Avropanın üç diplomatı Moskvadan qovulub.

Borrel fevralın 21-də qeyd edib ki, Rusiya Avropa İnsan Hüquqları Məhkəməsini qərarını yerinə yetirmir, Navalnını azad etmir.

Polşa və Baltik ölkələri daxil olmaqla AB üzvləri Rusiyaya qarşı sərt mövqe tutmağa, əlavə iqtisadi sanksiyaların tətbiqinə çağırırlar.

Brüssel görüşü ərəfəsində Navalnının müttəfiqlərindən ikisi Belçikanın paytaxtında AB-nin səkkiz xarici işlər naziri, AB səfirləri ilə görüşüblər.

Onlardan biri, Leonid Volkov “AFP”yə deyib ki, onlar “Putinin yaxın müttəfiqlərinə, böyük insan haqları pozuntularında günahkar olanlara hədəfli şəxsi sanksiyalar barədə danışıblar”.

Görüşü Litvanın Xarici işlər naziri Qabrielius Landsberqis təşkil edib.


Fərqli yanaşmalar

Fransa və Almaniya daxil AB üzvlərinin başqa bir qrupu isə daha hədəfli yanaşmaya çağırır, iqtisadi sanksiyaları istisna edir.

Sanksiyaların qoyulmasından ötrü blok üzvləri arasında yekdil fikir lazımdır.

Brüssel görüşü öncəsi Avstriyanın Xarici işlər naziri Aleksandr Şallenberq deyib ki, AB-dən Navalnı işi üzrə Rusiyaya yeni sanksiyaların qəbulunu gözləyir.

Rusiyaya yeni sanksiyalarla bağlı qərar verilərsə, xarici işlər nazirləri AB-nin diplomatik xidmətinə göstəriş verəcəklər ki, Navalnının təqsirli bilinməsi, ona qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyan fərdlərə qarşı sanksiyalar siyahısı hazırlansın.

Moskva 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayanda Birləşmiş Ştatlar, AB, Britaniya və Kanada Rusiyaya bir sıra sanksiyalar açıqladılar.

XS
SM
MD
LG