Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:48

Prezident: '...'İskəndər' raketlərini Ermənistan pulla alıb?'


İ.Əliyev
İ.Əliyev

"Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır".

Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

Tədbirdə məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleksin bütün zəruri sosial infrastrukturla təchiz edildiyi açıqlanıb.

Prezident çıxışında daha sonra da deyib: "Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdi, müftə verilmişdi. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi".

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

"Pulsuz alıb"

İ.Əliyevin vurğulamasına görə, İkinci Qarabağ müharibəsi ərəfəsində və müharibənin sonuna kimi Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilib: "Həmin o "İskəndər" raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. "Elbrus", "Toçka-U", "Skad" raketlərini pulla alıb? Pulsuz alıb. "S-300" - hansı ki, biz yeddisini məhv etmişik, - onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də".

Prezidentin deməsinə görə, bir neçə gün əvvəl eşidib ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər: "Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb...".

Prezidentin sözlərinə görə, əgər kimsə revanşist fikirlərlə yaşayırsa, cavabını alacaq.

Xırdalan üzərindəki partlayışın izi ilə (Raket atılıbmı)
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Ermənistan Baş nazirinin "İskəndər" barədə dedikləri...

Ermənistan baş naziri Nikol Paşinyan fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı "İskəndər" raket komplekslərinin "keyfiyyətsizliyindən" söz açmışdı. O iddia etmişdi ki, 44 günlük müharibədə atılmış "İskəndər" raketləri tam gücü ilə partlamayıb.

N.Paşinyan "İskəndər" barədə fikirlərini keçmiş prezident Serj Sarkisyanın tənqidinə cavab olaraq bəyan etmişdi.

S.Sarkisyan isə demişdi ki, o bu raketlərin niyə müharibənin üçüncü və dördüncü günündə, Azərbaycan Horadiz ətrafında, başqa yerlərdə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirəndə atılmadığını başa düşmür.

"Armnews" saytına müsahibəsində keçmiş prezident bunu da iddia etmişdi ki, onda "İskəndər" raketinin Şuşa istiqamətində istifadə olunduğuna dair mötəbər informasiya var. Şuşa uğrunda döyüşlər müharibənin son günlərinə təsadüf edirdi.

Qarabağdakı rejim separatçılığın 33 ilini qeyd edir...
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

"İskəndər" raketlərini 2016-cı ildə Ermənistanın Rusiyadan aldığı bildirilir. Bu zaman bu prosesin elə Rusiyadan verilən kredit hesabına gerçəkləşdirildiyi qeyd edilir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG