Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:37

Koronavirus ilsonuna qalacaqmı


Praqada şirniyyat mağazası
Praqada şirniyyat mağazası

Dünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə direktoru Maykl Ryan deyib ki, “ilin sonunadək virusun kökünün kəsiləcəyini düşünmək real deyil”

Qlobal COVAX təşəbbüsü çərçivəsində koronavirusa qarşı ilk peyvənd Qana prezidentinə vurulub. Çinin baş səhiyyə eksperti isə bildirib ki, iyunadək 1.4 milyardlıq əhalinin 40 faizinə peyvənd vurulacaq.

Martın 1-də Qana Prezidenti Nana Akufo-Addoya həyat yoldaşı ilə birlikdə AstraZeneca vaksini vurulub, proses televiziya ilə canlı yayınlanıb. Prezident deyib ki, bu Qərbi Afrika ölkəsinin əhalisinə vaksinin təhlükəsiz olduğunu göstərmək istəyir.

COVAX-ın məqsədi yoxsul ölkələri peyvəndlə təmin etməkdir və ilin sonunadək azı iki milyard doza vaksin təchiz etməyi hədəfləyir.

Təşəbbüs çərçivəsində ilk dozalar ötən həftə Qana və Fil Dişi sahilinə göndərilib. Martın 1-də isə Kolumbiya Amerikada ilk ölkə olaraq vaksinləri qəbul edib.

Çin, ABŞ

Hindistanın Baş naziri Narendra Modiyə də martın 1-də vaksin vurulub.

Çinin səhiyyə ekspertləri ilk dəfə olaraq vaksinasiya kampaniyasının hədəfini açıqlayıblar. Onların bildirməsinə görə, iyunadək əhalinin 40 faizinə peyvənd vurulacaq.

Ötən yazdan bəri sərt qadağalar tətbiq edən Çin virusun geniş miqyasda yayılmasını önləyə bilib. Ancaq ölkədə dörd vaksinin hazırlanaraq təsdiqlənməsinə baxmayaraq, əhali sayına görə peyvəndləmə ləng gedir.

Dekabrın ortasından başlanmış kampaniya çərçivəsində 1.4 milyardlıq əhalinin 3.56 faizinə peyvənd vurulub.

Birləşmiş Ştatlarda isə 50 milyondan çox, yəni əhalinin 15 faizinə Covid-19 vaksininin azı bir dozası vurulub. Onlardan 25 milyonuna hər iki doza vurulub.

Artıq birdozalı Johnson & Johnson təsdiqləndiyindən, kampaniyanın genişlənəcəyi gözlənir. Martın 2-dən bu vaksin də vurulmağa başlanır.

İlham Əliyev vaksin olunubmu?
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

“Ağıllı olsaq...”

Böyük Britaniyada 20.3 milyon nəfərə vaksinin ilkin dozası vurulub. Bu arada ölkədə aparılan tədqiqata görə, Pfizer və AstraZeneca vaksinləri yaşlılarda xəstəliyin ağırlaşmasını önləməkdə “yüksək dərəcədə effektiv”dir, xəstəxanaya yerləşdirməni 80 faizdən çox azaldır.

Vaksin cəbhəsində ümidverici xəbərlərə baxmayaraq, Dünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə direktoru Maykl Ryan deyib ki, “ilin sonunadək virusun kökünün kəsiləcəyini düşünmək real deyil”.

“Amma düşünürəm ki, ağıllı olsaq, xəstəxanalarda xəstələrin, ölümlərin sayını, pandemiya ilə bağlı faciəni bitirə bilərik”, – o əlavə edib.

Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin başçısı Gao Fu da başqa bir onlayn forumda bu deyilənləri təsdiqləyib.

Onun fikrincə, həyat gələn ilin yayında “təxminən normala” qayıda bilər.

ABŞ-da dördüncü dalğa gözlənir?

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin direktoru isə xəbərdarlıq edir ki, koronavirusun yüksək yoluxucu variantlarının yayılması ölkədə “yoluxmaların dördüncü dalğasını” qızışdıra bilər.

Roçel Valenskinin sözlərinə görə, ötən həftə günə 70 minədək yoluxma, 2 minədək ölüm qeydə alınıb.

“Yoluxmalar bu həddə qalarsa, variantlar yayıldıqca, biz çətinliklə qazandığımızı itirə bilərik. Bu variantlar adamlara və əldə etdiyimiz proqresə çox real təhdid yaradır”, – Valenski vurğulayıb.

Hazırda dünyada koronavirusun bir sıra variantları yayılıb, amma səhiyyə ekspertləri onların bir neçəsi sarıdan xüsusilə narahatdır. Bu sıraya Britaniya, Cənubi Afrika və Braziliyada qeydə alınan variantlar daxildir.

XS
SM
MD
LG