Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Çinin Qafqaz yürüşü – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

İndi isə Si Cinpinq administrasiyası Qafqazla əməkdaşlığa təkan vermək üçün ilk addımları atır. 2016-2020-ci illərdə Çinlə Qafqaz region arasında ticarət 1.9 milyard dollardan 3.6 milyard dollar çatıb

Çin özünün ticarət və enerji arzularının gerçəkləşdirilməsində qərbə doğru daha bir addım atmaq üçün Orta Asiyadakı uğurunu Qafqazda təkrarlamalıdır. “Karnegi Moskva Mərkəzi”nin portalında dərc olunmuş məqalədə deyilir ki, 2002-2005-ci illərdə Çinin Orta Asiya ilə ticarəti dörd dəfəyədək artıb – 2.3 milyard dollardan 8.8 milyard dollar yüksəlib.

2019-cu ildə isə bu rəqəm 46 milyard dollar olub. “Otuz ildən də az müddət ərzində Çin Orta Asiyada bütün sektorlarda fundamental şəkildə oturuşub”, – məqalədə deyilir.

İndi isə Si Cinpinq administrasiyası Qafqazla əməkdaşlığa təkan vermək üçün ilk addımları atır. 2016-2020-ci illərdə Çinlə Qafqaz region arasında ticarət 1.9 milyard dollardan 3.6 milyard dollar çatıb.

“Çin şirkətləri sənayeləşməni sürətləndirməkdən ötrü regiondakı hökumətlərlə işləyirlər. Azərbaycanın iqtisadi diversifikasiya siyasəti və Çinin sənaye qabiliyyətini transfer etmək həvəsi iki ölkənin iqtisadi əməkdaşlığını sürətləndirir. 2018-ci ildən Azərbaycanda bir neçə irimiqyaslı Çin layihələri işə salınıb: Ələt limanında 1.5 milyard dollarlıq sənaye parkı, 1.17 milyard dollarlıq tam dövrlü polad zavodu, 300 milyon dollarlıq şin zavodu və utilizasiya zavodu”, – məqalədə deyilir.

Çinin eyni zamanda Gürcüstan və Ermənistanla da əlaqələri genişləndirdiyi vurğulanır, ancaq problemlərin də olduğu qeyd edilir. Məsələn, Azərbaycan Çinin ticarət və enerji şəbəkəsinə tam qoşulmayıb. Çin Azərbaycanla iqtisadi əlaqələrə təkan verəcək bəzi əsas maliyyə razılaşmalarını bağlaya bilməyib. Valyuta mübadiləsi, azad ticarətlə bağlı razılaşma yoxdur, amma Gürcüstan və Ermənistanla bağlanıb. Ən əsası, Azərbaycan köhnə və ləng dəmiryolu infrastrukturunu yeniləməyə elə də böyük həvəslə yanaşmır. Bu isə Qazaxıstandan Xəzər dənizi ilə gələn Çin malları üçün vacibdir.

Gürcüstan Cin vaksini almayacaq
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Ermənistanda böhran bitəcəkmi

Karnegi Moskva Mərkəzinin portalında dərc olunmuş digər məqalədə isə Ermənistanda yaranmış siyasi böhrandan söz açılır.

Hazırda müxalifət, silahlı qüvvələrin baş qərargahı Baş nazir Nikol Paşinyanın istefasını, vaxtından əvvəl seçki keçirilməsini tələb edir. Opponentləri Paşinyanı ötən il Qarabağda Ermənistanın məğlubiyyətinə görə ittiham edir. Azərbaycan 44 günlük əməliyyatlar nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri ala bilib, amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib. Bəs görəsən, Paşinyan etirazlara baxmayaraq hakimiyyətdə qalmağı necə bacarıb?

Ermənistanda yayılmış bir populyar nəzəriyyə belədir ki, ordu generalları Moskvanın buyruğuyla Paşinyana qarşı çıxıblar, baş nazirin İskander raketilə bağlı dedikləri Kremli özündən çıxarıb. “Amma belə olsaydı, generallar (Paşinyanı istefaya çağıran) məktubla kifayətlənməzdilər. Bundan başqa, həmin axşam Rusiya Prezidenti Vladimir Putin Paşinyanla telefonla danışdı, sülh və asayişi qorumağa çağırdı”, – məqalədə deyilir.

Müəllif Kiril Krivoşeyevin fikrincə, Moskvanın bəyanatları ötənilki atəşkəs sazişinə əməl olunanacan Kremlin Ermənistandakı böhrandan kənar duracağını göstərir. “Kreml Ermənistana Qırğızıstan və Abxaziyaya yanaşdığı kimi baxır: vəziyyət daim hərəkətdə ola bilər, amma Moskvanın qəbul etmədiyi siyasətçilərin hakimiyyətə gəlmə təhdidi yoxdur. Kreml Paşinyanı Ermənistanda ən populyar siyasətçi kimi tanıyır və ona görə də status kvonun saxlanmasını istəyir”, – o yazır.

XS
SM
MD
LG