Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:50

'Freedom House' Azərbaycanı 'qeyri-azad' sayır


Bakıda qadın fəalların etiraz aksiyası, 8 mart, 2020-ci il
Bakıda qadın fəalların etiraz aksiyası, 8 mart, 2020-ci il

Qonşulardan Ermənistan və Gürcüstan qismən azad ölkələr hesab olunub

Koronavirus pandemiyası, iqtisadi qeyri-müəyyənlik, dünyadakı münaqişələr ötən il qlobal azadlıq göstəricilərində geriləməyə səbəb olub. Bunu “Freedom House” insan haqları təşkilatı bildirir.

Vaşinqtonda yerləşən qurumun martın 3-də açıqladığı hesabatda deyilir ki, “qeyri-azad” hesab olunan ölkələrin sayı son 15 ildə ən yüksək həddə çatıb.


Azərbaycan və qonşuları

Azərbaycan da “qeyri-azad” ölkələr kateqoriyasına salınıb. Bu sırada Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da var.

Qonşulardan Ermənistan və Gürcüstan qismən azad ölkələr hesab olunub.

Azərbaycan hakimiyyəti isə ölkədə demokratiyanın vəziyyətinə dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

“Qeyri-azad” 54 ölkənin 12-si “pisin pisi” adlandırılıb. Onlar siyasi hüquqlar və mülki azadlıqlar üzrə ən pis balları yığıblar. Bu ölkələr içində Suriya, Eritreya, Cənubi Sudan, Türkmənistan, Şimali Koreya, Çin, Tacikistan da yer alıb.

Qırğızıstan və Belarusun siyasi hüquqlar və mülki azadlıqlar üzrə böyük itkilər verdiyi vurğulanır. Bu arada Şimali Makedoniya ən çox irəliləyiş əldə edən ölkələrdəndir.

Hesabatda 73 ölkənin azadlıq balı azaldılıb. Təkcə Çin, Belarus və Venesuela kimi avtoritar ölkələr deyil, Birləşmiş Ştatlar və Hindistan kimi “narahat demokratiyalar” da bu sıradadır.

Qarabağ müharibəsi və demokratiya

Hesabatda ötən il Azərbaycanın separatçı Dağlıq Qarabağ region və ətraf 7 rayona nəzarəti geri almaq üçün apardığı əməliyyatlardan da söz açılır. Azərbaycan 44 günlük müharibə nəticəsində 7 rayona, eləcə də Qarabağın bir hissəsinə nəzarətini bərpa elədi. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.

“Freedom House” bu müharibənin demokratiyaya təsir göstərdiyini, Azərbaycanda “avtoritar prezident İlham Əliyevin idarəçiliyini möhkəmləndirdiyini”, Ermənistanda isə hökuməti sabitsizliklə hədələdiyini qeyd edir.

Baş nazir Nikol Paşinyan “islahatlar yönündə irəliləyiş etsə də”, Qarabağ müharibəsində məğlubiyyət “onun hökumətinin söykəndiyi konsensusu dağıtdı”, – hesabatda deyilir.

Ermənistanda vəziyyət gərginləşir - Prezident Baş nazirin təklifini ikinci dəfə rədd edib
Gözlə

No media source currently available

0:00 0:09:53 0:00

“Belə bir nizamsızlıq ölkədə çətinliklə qazanılmış proqresə təhdid yaradır, Ermənistanı qonşularının avtoritar tendensiyalarına yaxınlaşdıran hadisələr zəncirinə təkan verə bilər”, - qurum bildirir.

Hazırda Ermənistanda siyasi böhran yaşanır. Müxalifət, silahlı qüvvələrin baş qərargahı Paşinyanın istefasını, vaxtından əvvəl seçki keçirilməsini tələb edir. Baş nazir isə istefaya getməkdən imtina edir.

2020-ci ildə “demokratiyanın müdafiəçiləri avtoritar düşmənlərinə qarşı mübarizədə yeni ağır itkilər verdilər, beynəlxalq balans tiranlığın xeyrinə dəyişdi”, – hesabatda deyilir.

Koronavirus iqtidara təhlükədirmi? Freedom House rəsmisi danışır
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

11 pillə geriləyən Qırğızıstan

Qırğızıstanda oktyabrda parlament seçkisi “aşkar saxtakarlıq”la keçdi, bundan sonra başlanan etirazlar nəticəsində hökumət və prezident Sooranbay Jeenbekov devrildi. Girov götürməyə görə 10 il həbs cəzası almış Sadır Japarov iğtişaşlar nəticəsində həbsdən çıxarıldı. Yanvarda isə prezident seçildi.

Japarov “yeni konstitusiya layihəsi təqdim edir və bu da ölkənin siyasi sistemini avtoritar qonşulara bənzədə bilər”, – hesabatda deyilir.

Qırğızıstanın azadlıq balı 11 pillə azalıb, “qismən azad” status “qeyri-azad”a çevrilib.

Belarusda da demokratiya sahəsində böyük geriləmə yaşanıb. Avqustda avtoritar Alyaksandr Lukaşenka prezident seçkisinin qalibi elan olunandan sonra etirazlar başlanıb. BMT 30 mindən çox etirazçının saxlandığını bildirir. Saxlananlatra işgəncə verilməsi, pis rəftar olunmasına dair məlumatlar var, bir neçə nəfər ölüb.

“Freedom House” regionda “problemli seçkilər”dən də söz açır. Məsələn, Rusiyada “saxtalaşdırılmış referendum” nəticəsində Prezident Vladimir Putin 2036-cı iləcən hakimiyyətdə qala bilər.

XS
SM
MD
LG