Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

Azərbaycanda peyvənd olunanların sayı 400 minə yaxınlaşır


Koronavirusa qarşı peyvənd
Koronavirusa qarşı peyvənd

Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 mindən çox adam (27,073 nəfər) vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün, martın 6-da məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 390,489 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Hazırda yaşı 50 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 236 min 12 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 235 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG