Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:51

Ter-Petrosyan ‘çevriliş istəyənlərə’ xəbərdarlıq edir


Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan ilur.am saytı üçün yazdığı məqalədə bildirir ki, o ölkənin hərbi komandanlığının narazılığını və ordunun mövqeyini tam anlayır:

“Ali hərbi komandanlıq heyətinin narazılığı və ordunun onun kompetensiyasında olmayan siyasi proseslərə müdaxiləyə canatımını başa düşür. Bunun səbəbi baş nazirin alçaldıcı məğlubiyyətə görə öz günahını ordunun üstünə yıxmaq üçün etdiyi ehtiyatsız cəhd olub”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ter-Petrosyan ordunun “bir sıra qüvvələrin antikonstitusiya hərəkətlərinə təhrikedici çağırışlarına rəğmən təmkinli davranışını alqışladığını” qeyd edir.

EMK lideri belə mövqeyi ordu rəhbərliyinin dövlətçilik maraqları ilə düşünməsi və ölkəni ölümcül sarsıntılardan qorumaq istəyi kimi qiymətləndirir.

O bildirib ki, hərbi komandanlıq və ordu buna görə xalqın təşəkkürünə layiqdir:

“Eyni zamanda hərbi çevrilişin dövlətin sağlamlaşdırılması üçün müsbət vasitə olduğunu təlqin edən və bunu Şimali Koreya, Misiir kimi ölkələrin timsalında uğurlu nümunələrlə əsaslandıran bir sıra siyasi xadimlərin hərəkətlərini son dərəcə təhlükəli və pislənməyə layiq hesab edirəm. Belə misallar var. Amma onlarca başqa hallarda permanent şəkil alan hərbi çevrilişlər dövlətçiliyin məhvinə və Əfqanıstan, Sudan Nikaraqua, Haiti, Dominikan Respublikası, Liviya, Somali, Yəmən, İraq, Suriya və Livan kimi ölkələrdə xalqların uzunmüddətli iztirablarına səbəb olub...”

Ermənistanın birinci prezidenti vurğulayıb ki, “hazırda bütün erməniliyin vəzifəsi Ermənistanın adını çəkdiyim ölkələrın cərgəsinə qoşulmasının qarşısını almaqdır”.

Xatırlatma

Fevralın 25-də Ermənistan silahlı qüvvələri baş qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib.

Baş qərargah Ermənistan baş naziri Nikol Paşinyanın “hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını” bildirərək onun istefasını tələb etmişdi.

Ermənistan müxalifətinin vahid namizədinə qarşı ittiham irəli sürüldü
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Öz növbəsində Paşinyan bu bəyanatı "hərbi çevriliş cəhdi" adlandırmış və baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi.

Lakin Ermənistan prezidenti Armen Sarkisyan martın 2-də bəyan edib ki, o silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə baş nazir Nikol Paşinyanın təklifini qəbul etmir.

Prezident fərmanı ikinci dəfə də imzalamayıb və Konstitusiya Məhkəməsinə müraciət edib.

Bir çox hüquq ekspertləri bildirirlər ki, Konstitusiyaya görə Paşinyanın fərmanı martın 5-də avtomatik qüvvəyə minir.

XS
SM
MD
LG