Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Rusiya Twitter-in sürətini salır, internet kəsilir


İllütrativ foto
İllütrativ foto

Subbotin həm də xəbərdarlıq edib ki, Facebook kimi digər sosial şəbəkələr də qaydalara əməl etməsələr, oxşar qadağalar onlara da tətbiq oluna bilər

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, hökumətin “heç nəyi bloklamaq həvəsi yoxdur”, amma qanunun yerinə yetirilməsindən ötrü hakimiyyətin bu addımı “tamamilə məntiqlidir”.

Twitter isə “onlayn söhbəti bloklamaq cəhdlərinin artmasından dərin narahatlıq” bildirib, qanunsuz davranışı dəstəkləmədiyini bəyan edib.

“Uşaqların cinsi istismarına sıfır dözümlülük siyasəti yürüdürük”, – deyən Twitter “intihar və özünə xəsarət yetirmənin təbliği, yaxud buna həvəsləndirməyə” qarşı olduğunu da vurğulayıb.

***

Rusiyanın “Roskomnadzor” mediaya nəzarət qurumu Twitter sosial şəbəkəsinin sürətini zəiflətməklə ona qadağaların tətbiqinə başlayıb. Səbəb kimi sosial şəbəkənin qadağan olunmuş kontenti “silməməsi” göstərilir.

“Roskomnadzor” martın 10-da vebsaytında yerləşdirdiyi bəyanatda qeyd edir ki, bu addımın məqsədi “Rusiya vətəndaşlarını qanunsuz kontentin təsirindən qorumaqdır”. Qurum ABŞ sosial şəbəkəsini tələbi yerinə yetirməyəcəyi halda tam bloklamaqla hədələyib.

3 mindən çox post

“Roskomnadzor”un məlumatına görə, martın 10-dək Twitter-də 3 min 168 postda qadağan olunmuş kontent olub.

“Roskomnadzor” həmin postlardan 2 min 500-nün azyaşlıları intihara həvəsləndirdiyini bildirir. Bəyanatda qanunsuz narkotik maddələr və pornoqrafiyaya dair kontent olduğu da deyilir.

“Xidmətin sürətinin azaldılması mobil cihazların 100, qeyri-mobil cihazların isə 50 faizinə təsir göstərəcək. Twitter qanunun tələblərini gözardı etməyə davam edərsə, tədbirlər (saytın tam bloknlanmasına qədər) davam edəcək”, – bəyanatda deyilir.

Qurum rəhbərinin müavini Vadim Subbotin martın 10-da “İnterfaks” agentliyinə deyib ki, “Roskomnadzor” Twitter-in Rusiya daxilində məhdudlaşdıracaq “texniki qabiliyyət”ə malikdir və artıq bunu etməyə başlayıb.

İnternet niyə yavaşıdı

Amma bu gün Rusiyada internet istifadəçilərinin təkcə Twitter-ə deyil, Kreml daxil olmaqla bəzi hökumət vebsaytlarına da girişi çətinləşib. Amma rəsmilər dərhal deyiblər ki, bu maneələr sosial şəbəkəyə qadağalarla bağlı deyil.

“Rostelekom” telekommunikasiya operatoru problemləri avadanlıqda nasazlıqla əlaqələndirib.

Subbotin həm də xəbərdarlıq edib ki, Facebook kimi digər sosial şəbəkələr də qaydalara əməl etməsələr, oxşar qadağalar onlara da tətbiq oluna bilər.

Moskva son illər sosial media platformalarının işini məhdudlaşdırmağa çalışır. Bu isə özəlliklə gənclər daxil olmaqla vətəndaşlar arasında etirazların artması fonunda baş verir.

Fevralın 1-dən qüvvəyə minmiş qanuna görə, sosial şəbəkələr özləri Rusiya qanunlarının qadağan etdiyi kontenti tapıb silməlidirlər. Sosial şəbəkə kontentdə qadağan olunmuş materialı müəyyənləşdirə bilmirsə, kontenti dəyərləndirmək üçün “Roskomnadzor”a göndərməlidir.

XS
SM
MD
LG