Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:48

Ermənistan böyük hərbi manevrə başlayır


Ermənistan tankları 2015-ci ilin təlimlərində
Ermənistan tankları 2015-ci ilin təlimlərində

Ermənistan martın 16-da genişmiqyaslı hərbi təlimlərə başlayır.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu barədə məlumatı müdafiə nazirinin müavini Arman Sarksiyan verib.

O bildirib ki, Dağlıq Qarabağda 44 günlük müharibədən sonra ilk dəfə olaraq böyük manevrlər keçiriləcək.

Müdafiə naziri müavininin məlumatında deyilir ki, bu təlimlərdə bütün qoşun növlərindən olan hissələrlə yanaşı xüsusi təyinatlı birləşmələr də iştirak edəcək:

“Hər bir manevrin özünün dəqiq məqsədi var: bu, təhlükəsizliyin və döyüş qabiliyyətinin möhkəmləndirilməsi, mövcud resurslardan isrifadənin məşq edilməsidir”.

Sarkisyan deyib ki, hazırda Müdafiə Nazirliyi və silahlı qüvvələr vəziyyətə tam nəzarət edir.

Əzələ nümayişi

Xəbər verilir ki, 7500 hərbçinin, 200-dək raket və artilleriya qurğusunun, 150 tank əleyhinə vasitə, 100-dək zirehli texnika və 90-dək hava hücumundan müdafiə sistemlərinin iştirakilə keçirilən hərbi təlimlər martın 20-dək davam edəcək.

Məqalədə deyilir ki, Müdafiə Nazirliyinin məlumatında pilotsuz uçan aparartlardan söz açılmır.

Azatutyun yazır ki, son iki həftə ərzində ölkənin yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan özünün Facebook və Twitter səhifələrindən Ermənistanın öz istehsalı olan dronların videolarını paylaşır.

Nazir bildirir ki, bu dronlar 500 kilometr məsafədə əməliyyat apara və 12 kiloqramlıq partlayıcı daşıya bilir.

Hərbi ekspert Karen Ovannisyanın dediyinə görə bu, son bir il ərzində Ermənistanda keçiriləcək ən miqyaslı manevrlər olacaq:

“Hərbi texnikadan belə geniş istifadə ilk növbədə ondan xəbər verir ki, həqiqətən də ciddi taktiki təlimlər keçirilir. Bundan məqsəd heç də təkcə təlimin özü yox, həm də güc nümayişidir. Bu bir növ mesajdır ki, müharibədən sonra Ermənsitan Respublikasının silahlı qüvvələri tez bir zamanda ayaq üstə qalxıb və hərbi potensialını bərpa edir”.

Rusiya narahat deyil

Bu da xəbər verilir martın 15-də Azərbaycanda da dörd gün davam edəcək genişmiqyaslı manevrlərə başlanıb.

Bu təlimlərdə 100-dək tank və başqa zirehli texnika, habelə raket kompleksləri, aviasiya və PUA-lar iştirak edir.

RIA Noviosti agentliyinin məlumatına görə manevrlərə 10 mindək hərbçi qatılıb.

Rusiya Xarici İşlər Nazirliyidən agentliyə bildiriblər ki, Azərbaycanda keçirilən təlimləri regional stabillik və təhlükəsizlik üçün hədə hesab etmirlər, beləki bu təlimlər əvvəlcədən planlaşdırılmışdı.

Ermənistandan başqa bir politoloq, Ruben Mehrabyanın fikrincə Ermənistanda keçirilən təlimlər ilk növbədə siyasi məqsəd daşıyır.

Yerevan bununla bildirmək istəyir ki, Ermənistan öz hərbi potensialını tez bir zamanda bərpa etməyə başlayıb.

Politoloq deyib ki, “məlum nəticəli müharibədən” dörd ay sonra belə manevrlərin keçirilməsi Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm hadisədir.

XS
SM
MD
LG