Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:22

İqtidar Ter-Petrosyanın yadına onun özünün necə devrildiyini salır


Levon Ter-Petrosyan 1998-ci ilin fevralında ovaxtkı baş nazir Robert Koçaryanın, müdafiə naziri Vazgen Sarkisyanın və daxili işlər naziri Serj Sarkisyanın təzyiqi ilə istefa verməyə məcbur olub.
Levon Ter-Petrosyan 1998-ci ilin fevralında ovaxtkı baş nazir Robert Koçaryanın, müdafiə naziri Vazgen Sarkisyanın və daxili işlər naziri Serj Sarkisyanın təzyiqi ilə istefa verməyə məcbur olub.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyana istefa verməyi və toxunulmazlıq qarantiyası ilə xaricə getməyi təklif edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ter-Petrosyanın fikrincə bu, dövlətin, xalqın və Paşinyanın maraqlarından doğan yeganə çıxış yoludur.

Lakin Milli Məclisin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan mart;n 16-da “Erməni Milli Konqresi” liderinin təklifini yersiz saydığını bildirib:

“...Yəqin, birinci prezidentimiz o motivi nəzərdə tutur ki, özü də məlum qüvvələrin tələbi ilə istefaya gedib. Amma bugün Nikol Paşinyan cəmiyyətin qavramında ilkin mandata malikdir və bundan çıxış edərək hakimiyyət məsələsini erkən seçki yolu həll etməyi təklif edir. Mən görürəm ki, deyəsən birinci prezident də mahiyyət etibarilə 17 və ya 15 qüvvəyə və onların məqsədlərinə qoşulub”.

Levon Ter-Petrosyan martın 15-də habelə təklif etmişdi ki, Paşinyanın istefasından sonra baş nazirin vəzifəsini partiyasız baş nazir müavini icra etməlidir.

Keçmiş prezidentin fikrincə yalnız baş nazir müavininin neytrallığı ədalətli seçkinin keçirilməsinə imkan yaradar.

“Özünün hakimiyyətdən necə getdiyini təhlil etsin”

Koçaryan Levon Ter-Petrosyana onun özünün hakimiyyətdən necə getdiyini xatırladıb:

“Mən çox istərdim ki, birinci prezident bütün seçkiləri və özünün şəxsi istefasının səbəblərini təhlil etsin və ədalətli olsun...”

Levon Ter-Petrosyan məqaləsində bunu da yazırdı ki, erkən seçkilər hakim qüvvə tərəfindən təşkil edilərsə, ədalətli və azad olmayacaq.

Ter-Petrosyan iddia edir ki, bu halda seçki məntəqələri gərginlik ocağına çevriləcək.

Maraqlıdır ki, Ter-Petrosyanın prezidentliyi dövründə müdafiə nazirinin müavini olmuş Andranik Koçaryan onun bu ittihamını da cavabsız buraxmayıb.

O keçmiş prezidentə xatırladıb ki, əslində 1998-ci ildən bəri Ermənistanda ən ədalətli seçkini elə Nikol Paşinyanın iqtidarı keçirib.

Koçaryan əlavə edib ki, Ter-Petrosyanın mövqeyi indi Vazgen Manukyanın mövqeyi ilə üst-üstə düşür.

“Onu özü çox illər əvvəl belə etmişdi...”

Milli Məclisin vitse-spikeri Lena Nazaryan da Levon Ter-Petrosyann məqaləsini şərh edərkən deyib ki, bu, fərarilik təklifidir və qəbuledilməzdir.

Nazaryanın fikrincə 1998-ci ildə Levon Ter-Petrosyanın özü də istefaya getməməli idi:

“Levon Ter-Petrosyan əslində 1996-cı ildən bəri ilk dəfə olaraq azad və ədalətli seçkidə seçilmiş baş nazirə məsuliyyətdən qaçıb gizlənməyi təklif edir. Başa düşmək istəyirəm, o niyə problemin həlli kimi fərariliyi təklif edir. O düşünmürmü ki, bu variant demokratiyanı, insanların demokratiyaya inamını sarsıdır...”

Xanım Nazaryan bildirib ki, Ter-Petrosyanın “özü də çox illər bundan əvvəl dövlətin və xalqın taleyi üçün məsuliyyəti öz üzərinə götürməli olduğu halda” geri çəkilməyə üstünlük verib.

Levon Ter-Petrosyan 1998-ci ilin fevralında o vaxtkı baş nazir Robert Koçaryanın, müdafiə naziri Vazgen Sarkisyanın və daxili işlər naziri Serj Sarkisyanın və Qarabağ separatçılarının təzyiqi ilə istefa verməyə məcbur olub.

XS
SM
MD
LG