Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb


COVID-19
COVID-19

Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Məlumatda qeyd edilir ki, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə "Sars Cov-2" genom analizləri edilir, şübhəli variantlar təqib olunur.

Açıqlamaya görə, Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.

Britaniya ştammı nədir

Koronavirusun "Britaniya ştammı" adlanan növü ilk dəfə 2020-ci ilin sentyabrında Kent qraflığında müəyyən olunub. Qısa zaman ərzində yeni ştamm sürətlə yayılaraq Britaniyanın bütün ərazilərində aşkarlanıb. Britaniya ştammının yoluxduruculuq qabiliyyətinin daha yüksək olduğu bildirilir.

Bu virus, əsasən, öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti açıqlayıb ki, yeni ştammda iybilmə qabiliyyətinin itirilməsi "Çin" variantına nisbətən özünü daha zəif büruzə verir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi ümumilikdə 242 min 491 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 307 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG