Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:19

ABŞ Krımda repressiyanı pisləyir


Vladislav Yesipenko
Vladislav Yesipenko

Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) görə, saxlanma zamanı Yesipenkonun maşınında “partlayıcı cihaza oxşar” əşya tapılıb

Birləşmiş Ştatlar Rusiyanın ilhaq etdiyi Krımda jurnalistin Ukrayna üçün casusluq ittihamıyla saxlanmasını “Rusiyanın Ukraynada təcavüzü haqda həqiqəti deyənlərə qarşı daha bir repressiya cəhdi” adlandırıb.

“Rusiya yarımadada ukraynalı fəalların təqibini, müstəqil səslərin hədəfə alınmasını davam etdirir”, – Dövlət Departamentinin sözçüsü Ned Prays martın 17-də tvitində yazıb.

“Propaqanda”

Bir gün öncə ikili Rusiya və Ukrayna vətəndaşlığı olan Vladislav Yesipenko Ukrayna kəşfiyyatı üçün informasiya yığmaqda şübhəli bilinərək saxlanıb. O, həm də AzadAvropa/AzadlıqRadiosu-nun Crimea.Realities portalı ilə əməkdaşlıq edir.

Ukraynanın Xarici Kəşfiyyat Xidməti bu addımı Moskvanın regionu qanunsuz ilhaqının 7-ci ildönümündə “propaqanda” kimi təsvir edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) görə, saxlanma zamanı Yesipenkonun maşınında “partlayıcı cihaza oxşar” əşya tapılıb. FSB iddia edir ki, o, Ukrayna Təhlükəsizlik Xidməti üçün informasiya yığdığını boynuna alıb.

Yesipenko Krımın Aluşta şəhərinin sakini Yelizaveta Pavlenko ilə birlikdə martın 10-da saxlanıblar. Onlar ukraynalı şair və mütəfəkkir Taras Şevçenkonun 207-ci ildönümü tədbirində iştirak edirlər.

Pavlenko sonradan azad olunub.

Təzyiq və qorxutma məqamı

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay Yesipenkonun saxlanmasının “dərin narahatlıq” doğurduğunu deyib, bunun “Kremlin Rusiyanın ilhaq etdiyi Krımda hər hansı mümkün alternativ səsə qarşı təzyiq və qorxutmaya əl atdığı” vaxtda baş verdiyini vurğulayıb.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ilin martında ilhaq edib, regiona hərbçilər göndərib, referendum keçirib. Azı 100 ölkə səsverməni qanunsuz sayıb. Bütün bunlar isə Ukraynanın moskvapərəst prezidenti Viktor Yanukoviçin kütləvi etirazlar nəticəsində devrilməsindən sonra baş verib.

İnsan haqları qrupları Rusiyanın o vaxtdan ukraynalı fəalları, ilhaqı sorğulayan hər kəsi təqib etdiyini bildirirlər.

Moskva həmçinin Ukraynanın şərqində separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən orada münaqişədə 13 mindən çox adam öldürülüb.

XS
SM
MD
LG