Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Keçmiş amerikalı həmsədr: Azərbaycan ‘münaqişə bitib’ deməklə deyil


Qarabağdakı erməni icmasının gələcəyi necə olacaq? Azərbaycan statusa "yox", Ermənistan "hə" deyir
Gözlə

No media source currently available

0:00 0:10:03 0:00

Qarabağdakı erməni icmasının gələcəyi necə olacaq? Azərbaycan stausa "yox", Ermənistan "Hə" deyir

Prezident İlham Əliyev 10 noyabr atəşkəs bəyanatından sonra keçmiş Dağlıq Qarabağ vilayətinə hansısa status verilməsinin artıq aktual olmadığını deyir, amma Ermənistan rəsmilərinin statusla bağlı tələbləri davam edir.

Məsələn, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bugünlərdə Əl-Ərəbiyya telekanalına müsahibəsində deyib ki, Qarabağ münaqişəsi ərazi münaqişəsi deyil.

Onun sözlərinə görə, söhbət “bir ərazidə min illərlə yaşamış bir xalqın mövcudluğunu saxlamasından və onun öz müqəddəratını həll etmək haqqından” gedir.

Ayvazyan deyib ki, məhz xalqın öz müqəddəratını təyin etmək hüququ əsasında separatçı rejimin statusu sualı ortaya çıxır.

Azərbaycan tərəfinin isə mövqeyi belədir ki, ərazi bütövlüyü hüququ daha üstün götürülməlidir və Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi Azərbaycan ərazisində yaşaya bilərlər.

Rəsmi Bakı bildirir ki, əslində Ermənistan Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə adı altında qonşu dövlətə ərazi iddiası ilə çıxış edir.

“Danışıq tonu dəyişməlidir”

Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri Karey Kavananın fikrincə, görünən odur ki, müharibədən sonra da tərəflərin bir-birinə iddiaları olduğu kimi qalır.

O hesab edir ki, tərəflər müharibənin bir daha baş verməməsi üçün danışıq tərzini dəyişməlidirlər:

“Hesab edirəm ki, hazırkı ton əməkdaşlıq tonu deyil. Məsələn, Bakı durmadan mesaj verir ki, münaqişə mövcud deyil və münaqişə zor gücü ilə həll olunub. Bu, doğru deyil. Münaqişə hələ də qalır. Azərbaycanın özü Qarabağda erməni silahlı birləşmələrin qalması məsələsini qaldırıb. Bu və digər məsələlər danışıqlar masasında həll olunmalıdır. Hər iki tərəfdəki siyasi durumdan dolayı bunu etmək asan deyil. Münaqişədə hər iki tərəfdən birlikdə 6 mindən çox hərbçi həlak olub. Bu yaralar dərindir, bu yaralar bir masa arxasında oturub kompromisdən danışmağı çətinləşdirir”.

“Minsk qrupundan həll gözləməyə dəyməz”

Karey Kavana deyir ki, ATƏT-in Minsk Qrupu dəfələrlə tərəflərə müxtəlif variantlar təklif edib və tərəflər bir neçə dəfə razılaşmaya yaxın olublar.

Onun sözlərinə görə, münaqişənin başa çatmasını Minsk Qrupundan gözləmək əbəsdir, hər iki tərəf müəyyən güzəştlər edib razılığa gəlməlidir.

Kavana deyir ki, Ermənistandakı siyasi durum danışıqları daha da çətinləşdirir:

“Ermənistanda nümayişlər keçirilir. Baş nazirlə ədliyyə və ordu arasında çəkişmə var. İndi də Ermənistan seçkiyə hazırlaşır. Bu, ciddi qarışıqlıq dönəmidir. Bu isə həll variantı tapmağı daha da çətinləşdirir. Amma vasitəçilərlə birlikdə masa arxasında əyləşib növbəti addımları müzakirə etmək mümkünsüz deyil”.

Ermənistana özünə gəlməsi üçün vaxt lazımdır

Almaniyanın Bonn Universitetinin araşdırmaçısı Zaur Qasımov isə hesab edir ki, Ermənistana vaxt lazımdır:

“Müharibənin sonundan yarım il belə keçməyib. Hər iki cəmiyyət minlərlə əsgər itirib, minlərlə insan travmaya məruz qaldı. Demək olar ki, hər iki cəmiyyət post-müharibə sindromunu yaşayır, Ermənistan bir ilə yaxındır ki, siyasi böhran içindədir, iqtisadi vəziyyət ürəkaçan deyil. Bu şəraitdə Ermənistanın 30 ildir ki, israr etdiyi mövqeyindən əl çəkməsini tələb etmək bəlkə də real deyil, Ermənistana vaxt lazımdır”.

Ermənistanın Azərbaycana ərazi iddiaları 1980-ci illərin sonunda başlayıb.

Ermənistan və Azərbaycan arasında başlanan müharibə 1994-cü ildə atəşkəs sazişi ilə dayanıb.

30 ilə yaxın müddətdə vaxtaşırı pozulan atəşkəs keçən ilin sentyabrında növbəti tammiqyaslı müharibə ilə nəticələnib.

Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiyi ilə növbəti atəşkəs razılaşmasını keçən il noyabrın 10-da imzalayıb. Bu sənədlə 44 günlük müharibə dayanıb.

Azərbaycan tərəfi münaqişənin bitdiyini desə də, Ermənistan tərəfi bununla razılaşmır.

Beynəlxalq ictimaiyyət davamlı təhlükəsizlik üçün sülh sazişi imzalanmasının vacib olduğunu deyir.

XS
SM
MD
LG