Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

AB AstraZeneca-nın paylanması ilə bağlı xəbərdarlıq edir


Serbiyada vaksinasiya
Serbiyada vaksinasiya

Birləşmiş Ştatlarda vaksinasiya sürət alır. Prezident Co Bayden aprelin sonunadək vurulan dozaların sayını 200 milyona çatdırmağı hədəfləyir

Avropa Birliyi (AB) liderləri üzv ölkələr arasında COVID-19 vaksininin paylanmasıyla bağlı fikir ayrılığını həll edə bilməyib və xəbərdarlıq ediblər ki, sonucda blok bəzi koronavirus vaksinlərinin ixracını dayandıra bilər.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 25-də xəbərdarlıq edib ki, şirkətlər birliyə təchizat vədlərinə əməl etməsələr, AB COVID-19 vaksinlərinin Britaniya və digər ölkələrə ixracına icazə verməyəcək.

Şərtlərə əməl etsinlər

“Məncə, aydındır ki, ilk öncə AstraZeneca vədinə, birlik üzvləri ilə kontraktın şərtlərinə əməl etməlidir, sonra vaksin ixrac etməlidir”, – von der Leyen AB liderlərinin videokonfrans vasitəsilə görüşündən sonra deyib.

Mübahisə AstraZeneca-nın Niderlanddakı zavodu ətrafındadır, Britaniya hökuməti onu vaksin təchizatı şəbəkəsinin tərkib hissəsi hesab edir.

Sammitin sonunda AB liderləri 10 milyon dozalıq vaksinin paylanması üzrə razılığa gələ bilməyiblər, danışıqların səfirlər səviyyəsində davam etdirilməsinə razılaşıblar.

Avropa Komissiyasının qurduğu birgə proqrama uyğun olaraq, dozalar proporsional paylanır, amma bəzi ölkələr paylarına düşəndən daha az əldə edirlər.

77 milyon vs. 88 milyon doza

AB üzvlərinin çoxu sistemin yaxşı işlədiyini deyir. Amma bəzilərinin fikrincə, ölkələr yalnız AstraZeneca vaksininə diqqət ayırmaqla səhvə yol veriblər, gərək digər təsdiqlənmiş vaksinlərdən də sifariş edəydilər.

Vaksin təchizatında yubanmalara baxmayaraq, AB yayın sonunadək yetkin yaşlı əhalinin 70 faizinə vaksin vurulacağına əmindir.

Von der Leyen indiyədək blokun ixrac etdiyi vaksin dozalarını da açıqlayıb. Onun sözlərinə görə, dekabrdan bəri 33 ölkəyə 77 milyon doza göndərilib.

Bu həftənin sonunacan blokun 27 üzvünə isə ümumilikdə 88 milyon doza verilmiş olacaq. Bu ilin ikinci rübünəcən BioNTech/Pfizer, Moderna, AstraZeneca və Johnson & Johnson şirkətlərinin 360 milyon doza göndərməsi planlaşdırılır.

Birləşmiş Ştatlarda vaksinasiya sürət alır. Prezident Co Bayden aprelin sonunadək vurulan dozaların sayını 200 milyona çatdırmağı hədəfləyir.

“Bilirəm ki, iddialı plandır, orijinal hədəfdən iki dəfə çoxdur. Amma dünyada heç bir ölkə bizim etdiyimizə heç yaxınlaşa bilməyib və inanıram ki, bunu edə bilərik”, – o, mətbuat konfransında deyib.

Üçüncü dalğa

Dünyada pandemiyadan 2.7 milyondan çox insan ölüb, onun 546 minindən çoxu ABŞ-ın payına düşür.

Amma Birləşmiş Ştatlarda gündəlik yoluxmalar hələ də yüksəkdir, martın 25-də 87 minədək yoluxma qeydə alınıb. Avropa ölkələrinin çoxunda isə üçüncü dalğa yaşanır, hökumətlər virusa qarşı qadağaları yenidən tətbiq edir.

Mərkəzi və Şərqi Avropa daha çox ziyan görüb. Ukrayna martın 25-də artıq üçüncü gün dalbadal rekord ölüm qeydə alıb. Macarıstanda isə son bir həftədə hər 100 minə nəfərə dünya üzrə rekord ölüm təsdiqlənib.

Səhiyyə rəsmiləri yoluxmaların artmasını virusun daha yoluxucu variantlarının yayılması ilə əlaqələndirirlər.

Braziliyada martın 25-də günlük yoluxmalar 100 mini keçib. Bir gün öncə Braziliyada virusdan ümumi ölü sayı 300 mini keçib. Meksika isə ölüm statistikasının 200 mini keçdiyini açıqlayıb.

Hindistan noyabrdan bəri ilk dəfə olaraq 50 mindən çox gündəlik yoluxma açıqlayıb.

XS
SM
MD
LG