Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:46

Polis Solovyovun dediklərini araşdırır


Vladimir Solovyov
Vladimir Solovyov

Moskvanın şimal inzibati dairəsinin Daxili İşlər İdarəsi Rusiya televiziyasının aparıcısı Vladimir Solovyovun Hitler və Navalnı barədə dediklərinin araşdırılmasına başlayıb.

Bu barədə məlumatı polis Dövlət Dumasının kommunist deputatı Valeri Raşkinin sorğusuna cavab olaraq verib.

Millət vəkili Solovyovun ekstremist fəaliyyətə və nasizmə bəraət qazandırılmasına qarşı qanunları pozub-pozmadığının araşdırılması üçün polisə müraciət etmişdi.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, polis Rusiya Dövlət Teleradio Komitəsindən “Vladimir Solovyovla axşam” proqramının 16 fevral buraxılışının videoyazısını tələb edib.

RBK agentliyi bunu da bildirir ki, eyni material İstintaq Komitəsinə də təqdim olunmalıdır.

“Hitler cəsarətli adam olub”

Rossiya 1 telekanalının efirində aparıcı Hitleri “ordudan fərarilik etməyən, I Dünya Müharibəsi zamanı şərəflə döyüşmüş cəsarətli adam” adlandırıb.

Solovyov bu verilişdə Hitleri guya “orduda xidmət etməkdən qorxan qulfiksfürer” adlandırdığı Navalnı ilə müqayisə edirdi.

Solovyov Hitlerin igidliyindən Navalnıya nə üçün hörməti olmadığını izah edərkən danışmışdı.

Solovyov həmin fraqmenti internetə özü qoymuşdu.

RBK agentliyi ilə söhbətində Solovyov deyib ki, onun fikrincə Hitlerin igidliyi onun hərəkətlərinə haqq qazandırmır və deməli o da nasizmə haqq qazandırmayıb.

Solovyov öz efirində Navalnını dəfələrlə tənqid atəşinə tutub. O habelə Navalnını II Dünya Müharibəsinin veteranı İqnat Artyomenkoya böhtan atmaqda ittiham edib.

Solovyov və onun verilişinin əksər qonaqları Navalnını təkcə “böhtanda” yox, həm də nasizmə haqq qazandırmaqda ittiham edirlər və bildirirlər ki, o millətçi və antisemitdir.

Rusiya Cinayət Məcəlləsində nasizmə, habelə Nürnberq tribunalının hökmü ilə müəyyənləşmiş cinayətlərə, nasizmə haqq qazandırılmasına aid maddə 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

XS
SM
MD
LG