Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

BMT ekspertləri: Rusiya insan haqlarını Afrikada da pozur


Paytaxt Bangidə Rusiya zirehli döyüş maşını
Paytaxt Bangidə Rusiya zirehli döyüş maşını

BMT ekspertləri Rusiya muzdlulalrının Mərkəzi Afrika Respublikasında (MAR) “ağır insan haqları pozuntuları” törətməsinə dair xəbərlərdən narahatlıq ifadə ediblər.

Rusiya muzdlu döyüşçüləri bu ölkədə davam edən vətəndaş müharibəsində hökumət qoşunlarına kömək edirlər.

BMT ekspertlərinin martın 31-də verdiyi bəyanatda deyilir:

"Ekspertlər MAR-ın silahlı qüvvələri ilə birgə əməliyyatlar keçirən özəl hərbi şirkət heyətinin ağır insan haqları pozuntuları törətdiyinə və beynəlxalq humanitar qanunun pouzlmasına dair xəbərlər alıblar və almaqda davam edirlər”.

Qanunsuz kütləvi edam iddiaları

Bu ölkədə qanunsuz kütləvi edamlar, həbslər, işgəncə, adamların yoxa çıxması, mülkilərin didərgin salınması, mülki obyektlərin nizamsız hədəflənməsi və humanitar yardım işçilərinə hücumlar kimi insan haqları pozuntularının baş verdiyi iddia olunur.

Ekspertlər bunu da qeyd edirlər ki, onlar Rusiyanın Sewa Security Services və Lobaye Invest SARLU şirkətləri ilə Rusiyanın Vagner özəl hərbi firması arasında olan qarşılıqlı bağlardan narahatdırlar.

Onlar bildirirlər ki, dekabrın 27-də keçirilmiş prezidnet seçkisinin ardınca muzdluların bir sıra zorakı hücumlarının qeydə alındığına dair xəbərlər var.

MAR 2013-cü ildə keçmiş prezident Fransua Bozize qiyamla devriləndən bəri təlatüm içindədir.

Ölkənin 5 milyonluq əhalisinin dörddə biri yurdlarından didərgin düşüb.

Prezident seçkisi

Prezident Fosten-Arkanj Tuadera ikinci beşillik prezident müddəti üçün martın 30-da andiçmə mərasimi keçirib.

Seçki dövründə hökumət qüvvələrinə 12 minlik BMT hərbi qüvvəsi, habelə yüzlərlə Rusiya və Ruanda silahlıları dəstək verirdilər.

Ekspertlər bunu da bildirirlər ki, onlar habelə sözü gedən muzdlu hərbçilərlə BMT qüvvələrinin təmasları və onlarla əməliyyat əməkdaşlığı barədə xəbərlərdən narahatdırlar.

Rusiya Vagner özəl hərbi şirkətinin MAR-da olduğunu ümumiyyətlə inkar edir.

Moskva bildirir ki, MAR-a 2018-ci ildə hökumət əsgərlərinə təlim vermək məqsədilə yalnız hərbi müşavirlər göndərilib.

XS
SM
MD
LG