Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:53

Avropa Məhkəməsi AzadlıqRadiosu jurnalistinin iddiasını təmin etdi


Nataliya Sedletska
Nataliya Sedletska

AİHM qeyd edir ki, “jurnalistin mənbələrinin qorunması mətbuat azadlığının əsas sütunlarındandır”

“AzadAvropa/AzadlıqRadiosu jurnalist kommunikasiyalarının konfidensiallığını qoruyan və icraedici hakimiyyət üçün məhdudiyyət qoyan bu qərarı alqışlayır”, – Radionun Prezidenti Ceymi Flay AİHM-nin qərarıyla bağlı deyib.

“Araşdırmaçı jurnalistlərin işi təbiət etibarilə çətin və çox təhlükəlidir. Demokratiyanın gücü belə jurnalistikanı necə qoruması ilə ölçülür, bu, ictimaiyyətə hakimiyyətdən öz hərəkətləri üçün hesabat tələb etmək səlahiyyəti verir”, – Flay vurğulayıb.

O əlavə edib ki, “mötəbər araşdırmaçı jurnalistika rəsmi cəzasızlıq mühitində, mənbə ilə jurnalistin mübadiləsinin gizli qalacağına əminlik olmadan aparıla bilməz”.

***

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) AzadAvropa/AzadlıqRadiosu-nun Ukrayna xidmətinin jurnalistinin iddiasını təmin edib. Jurnalist smartfonundan datanı hakimiyyətə verməkdən imtina etmişdi, məhkəmə də bunun demokratik cəmiyyətdə azad mətbuat və gizliliyin müdafiəsində əsas amil olmasıyla razılaşıb.

Dövlət sirlərinin sızması araşdırılır

“Sxemlər” adlı araşdırmaçı teleproqramın aparıcısı olan Nataliya Sedletska üç ildir telefonundakı məlumatın qorunması üçün məhkəmə çəkişməsi aparır. Bu proqram mükafata layiq görülüb. Ukraynada müstəntiqlər isə dörd il öncə dövlət sirlərinin sızmasını araşdırır.

AİHM-in qərarında deyilir ki, Sedletskanın datası İnsan Hüquqları və Fundamental Azadlıqların Qorunması Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq qorunmalıdır. Məhkəmə işlək azad mətbuat üçün mənbələrin qorunmasının vacibliyini vurğulayır.

2018-ci ildə Ukraynada məhkəmə hakimiyyətə jurnalistin smartfonundakı datasının 17 ayı əhatələyən hissəsinə məhdudiyyətsiz çıxış verib.

Sözügedən müddət ərzində “Sxemlər” Ukraynanın aparıcı məmurları, o cümlədən Baş prokuror Yuri Lutsenkoyla bağlı bir neçə araşdırma hazırlayıb.

Jurnalist isə deyirdi ki, bu qərar ölkə qanunvericiliyinə, Kiyevin azad mətbuat qarşısında öhdəliklərinə ziddir.


Demokratik cəmiyyətə lazım olmayan addım

O, AİHM-ə ərizəsində kommunikasiya datasının müsadirəsinə qarşı qoruma istəyir, belə bir addımın “demokratik cəmiyyətə lazım olmadığını”, kobud uyğunsuzluq təşkil etdiyini vurğulayırdı.

AİHM bununla razılaşaraq qeyd edir ki, “jurnalistin mənbələrinin qorunması mətbuat azadlığının əsas sütunlarındandır”.

Müstəntiqlər isə Sedletskanın telefonuna bir təhqiqatla əlaqədar çıxış istəyirdilər. 2017-ci ildə Milli Antikorrupsiya Bürosunun direktoru Artem Sıtnikin dövlət sirlərini jurnalistlərə açıqlamasıyla bağlı iddialar araşdırılır.

ATƏT, Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar Təşkilatı da Sedletskanın arqumentlərini dəstəkləyib.

“Sxemlər” AzadAvropa/AzadlıqRadiosu-nun Ukrayna xidməti ilə Ukrayna İctimai Televiziyasının korrupsiyanı araşdıran proqramıdır. Ötən il bu proqramın iki kanalda birgə izləyici sayı 10 milyonu keçib.

XS
SM
MD
LG