Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:34

Putini yoluxmadan qoruyurlar, Navalnını əksinə?


Kollaj: Aleksey Navalnı (solda) və Vladimir Putin
Kollaj: Aleksey Navalnı (solda) və Vladimir Putin

Rusiya mediası xəbər verir ki, bu ilin iyun ayında keçiriləcək Peterburq beyənəlxalq iqtisadi forumunda “təmiz zonanın” yaradılması nəzərdə tutulur.

Bu zonaya forumun əməkdaşları yalnız iki həftəlik tibbi müşahidədən sonra buraxılacaqlar.

Media xəbərlərində deyilir ki, bu barədə məktub forumla bağlılığı olan bütün təşkilatlara göndərilib.

Məktubda deyilir ki, “təmiz zonada” işləyəcək əməkdaşlar iki həftə müddətində həkim nəzarəti altında olacaqlar.

“Sanitar zona” habelə Ekspoforum sərgisinin bəzi pavilyonlarında və seminarın keçirildiyi əsas zalda tətbiq ediləcək.

“Təmiz zonanın” bir gün fəaliyyət göstərəcəyi bildirilir.

Rusiya mediası yazır ki, bu elə məhz prezident Vladimir Putinin foruma qatılacağı gündür.

Hələ mart ayında Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Putin bu toplantıda videobağlantı ilə yox, əyani iştirak edəcək.

Putinin virusdan qorunmasına 84.5 milyon dollar

BBC-nin Rus xidmətinin yazdığına görə yoluxmadan müdafiə üçün prezidentin işlər idarəsinə 84.5 milyon dollar vəsait ayrılıb.

Bu pulun 15 milyon dollarını hökumətin məxfi sərəncamı ilə ayırıblar.

Kreml bu pullardan Moskvada, Moskva ətrafında, Soçi, Yalta və ilhaq edilmiş Krımdakı 12 mehmanxanaya ödənişlər edilib.

Bu da xəbər verilir ki, prezidentə də xidmət edən “Rossiya” aviadəstəsinin karantin keçdiyi iki mehmanxana nömrəsi 2022-ci ilin yazınadək bronlanıb.

Ümumiyyətlə xidməti vəzifəsinə görə Putinlə təmasda olan hər bir kəs əvvəlcə müayinə mərhələsindən keçirilir.

Maraqlıdır ki, bu tədbilər Vladimir Putin öz sözləri ilə deyilərsə, “dünyanın ən yaxşı vaksini” ilə peyvəndləndikdən sonra da dayandırılmayıb.

Putin “meymunluq” etmək istəməyib

Kreml Putinin martın 23-də vaksin olunduğunu bildirib, amma söhbətin hansı vaksindən getdiyi açıqlanmayıb.

Putin ictimiyyət qarşısında vaksin olunmamasının səsəbini “meymunluq” etmək istəməməsi ilə izah edib.

Lakin Vladimir Putinin bir nömrəli tənqidçisi Aleksey Navalnı üçün həbsxanada tamamilə başqa şərait “yaradılıb”.

Navalnı aprelin 5-də Instagram postunda yazıb ki, həbsxana həkimləri son görüşdə onun “bərk öskürdüyünü” və hərarətinin 38.1 olduğunu qeydə alıblar.

Putinin 44 yaşlı oppopnenti hazırda Moskvanın 100 kilometrliyindəki 2 nömrəli koloniyada həbsxana cəzası çəkir.

Bu, Rusiyanın ən sərt rejimli koloniyalarından biri hesab edilir.

Üç məhbus vərəm şübhəsi ilə xəstəxanaya aparılıb

Navalnı yazır ki, onun saxlandığı həbsxana sektorunda 15 məhbus var. Onlardan üçü vərəm şübhəsi ilə xəstəxanaya aparılıb.

Vərəm ağciyərləri sıradan çıxaran və insandan insana yoluxan ən təhlükəsli xəstəliklərdən biridir.

Bu xəstəlik inkiişaf etmiş ölkələrdə demək olar tamamilə ləğv edilib və immun sistemi güclü olanlar bu infeksiyaya qarşı daha dözümlü olurlar.

Navalnı 5 aprel postunda bunu da yazır ki, onun saxlandığı sektorda məhbuslara kifayət qədər yemək verilir. Burada əsas xörək donmuş kartofdan və “yapışqana” bənzəyən sıyıqdan ibarətdir.

Aleksey Navalnı hazırda aclıq aksiyası keçirir və daha yaxşı həbsxana şəraiti tələb edir.

Ən son məlumata görə Navalnı həbsxananın tibb şöbəsinə köçürülüb.

XS
SM
MD
LG