Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:42

Rusiya, ABŞ rəsmiləri Ukraynadakı gərginliyi ‘müzakirə ediblər’


Volodimir Zelenski
Volodimir Zelenski

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü isə vəziyyəti yanlış olaraq “daxili problem” adlandırıb, deyib ki, Ukraynanın transatlantik hərbi alyansa üzvlüyü işləri pisləşdirər.

“Bunun Ukraynanın daxili problemini həllinə kömək edəcəyinə böyük şübhəylə yanaşırıq. Fikrimizcə, bu, vəziyyəti daha da pisləşdirər”, Dmitri Peskov aprelin 6-da deyib.

***

NATO-nun Baş katibi Jens Stoltenberq aprelin 6-da deyib ki, Ukrayna Prezidentinə zəng edərək “Ukraynada və ətrafında Rusiyanın hərbi fəaliyyətindən və atəşkəsin pozulmasından dərin narahatlıq bildirib”.

Məlumatlara görə, Ukrayna Prezidenti Volodimir Zelenski Stoltenberqə deyib ki, NATO üzvlüyünə yol Ukraynanın şərqində müharibəyə son qoymağın yeganə yoludur. Yeddi ildir Ukrayna qüvvələri ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla savaşır.

Zelenski həmçinin NATO üzvlərini Moskvaya qarşı “güclü önləyici qüvvə kimi” Qara dənizdə hərbi mövcudluğu gücləndirməyə səsləyib.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz yaxın tərəfdaşlığa sadiqik”, – Stoltenberq tvitində yazıb.

***

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovun aprelin 6-da bildirməsinə görə, Rusiya və ABŞ rəsmiləri Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Son günlər regionda zorakılıq artır, Rusiyanın sərhədə qoşun yığması isə münaqişənin genişlənəcəyi sarıdan narahatlıq yaradır.

Rusiyanın TASS agentliyi xəbər verir ki, Ryabkov Rusiya-ABŞ danışıqlarının yüksək səviyyədə aparıldığını bildirib. ABŞ rəsmiləri hələlik, informasiyanı təsdiqləməyib.

Bir gün öncə ABŞ Dövlət Departamenti Moskvadan regionda hərbi hərəkətlər daxil olmaqla “provokasiyaları”na izahat tələb edirdi.

Kiyev rəsmilərinin aprelin 6-da bildirməsinə görə, son 24 saat ərzində Rusiyanın dəstəklədiyi qüvvələr iki ukraynalı hərbçini öldürüb.

***

London Moskvanın Ukrayna sərhədindəki hərəkətindən narahatdır

Britaniyanın baş naziri Boris Conson deyib ki, o Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvə cəmləşdirməsindən son dərəcə narahatdır.

Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində Conson Britaniyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə “sarsılmaz dəstəyini” bir daha bəyan edib.

Bundan əvvəl bir sıra Qərb liderləri də Rusiyanın Ukrayna ilə sərhədə qoşun və hərbi texnika toplamasından narahatlıq ifadə ediblər.

ABŞ prezidenti Co Bayden Zelenski ilə aprelin 2-də telefonla danışıb. Bu, ABŞ prezidentinin ukraynalı həmkarı ilə ilk təması idi.

Ukrayna NATO-ya qoşulmaq niyyətini bəyan edir

Son həftələrdə Ukraynanın şərqində hökumət qoşunları ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında atəşkəs dəfələrlə pozulub və gərginlik artıb.

Moskva Ukrayna sərhədi yaxınlığında hərbi qüvvə cəmləşdirməsini manevrlərə hazırlıqla izah edir.

Birləşmiş Ştatlat bunu Ukraynanın təhdid edilməsi adlandırıb.

Ukrayna Rusiyanın Donbas və Krıma qüvvələr topladığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Boris Consonla söhbət zamanı Zelenski Birləşmiş Krallıqdan onun ölkəsindəki hərbi mövcuddiyyətini gücləndirməsini istəyib.

"Rusiyanın indiki hərəkətləri Ukraynanın, NATO ölkələrinin və bütünlükdə Avropanın təhlükəsizliyinə hədədir”.

O habelə Qərb ölkələrini Rusiyaya onun sabitsizləşdirici hərəkətlərinə görə daha sərt sanksiyalar qoymağa və Ukraynanı NATO-nun Üzvlük Hərəkəri Planına qoşmağa çağırıb.

NATO-nun hərəkət planı bu alyansa üzv olmaq istəyən ölkələrə dəstək nəzərdə tutur.

Moskva: Ukrayna ilə sərhədə qoşun yığmaq heç kimə qarşı yönəlməyib
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Moskva Baydeni sınağa çəkir

Rusiya Ukraynanın NATO-ya qoşulması əleyhinədir və NATO-nu Ukraynaya dəstək üçün qoşun göndərməkdən çəkinməyə çağırıb.

Ukrayna Moskvanın dəstəklədiyi separatçılara qarşı 2014-cü ildən mübarizə aparır.

Son yeddi ildə bu münaqişədə 13 min nəfər həyatını itirib.

Rusiya Ukraynadan separatçıların nəzarətində olan ərazilərə muxtariyyət verilməsini tələb edir. Bu, Ukraynanın NATO-ya qoşulmaq perspektivlərini son dərəcə zəiflədə bilər.

Ukratynanın Donbas ərazisində son zamanlıar gərginliyin artmasına görə Kiyev və Moskva bir-birini ittiham edirlər.

Rusiya Ukrayna separatçılarına canlı qüvvə və texnika ilə dəstək verdiyini inkar edir.

Bəzi təhlilçilər deyirlər ki, Moskva Ukrayna sərhədindəki gərginliklə yeni Bayden administrasiyasının Ukraynaya dəstəyini yoxlamaq istəyir.

XS
SM
MD
LG