Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:41

Paşinyan: ‘Onlar Zəngəzur dəhlizi deyir, bizim də Naxçıvan dəhlizimiz olacaq...’


Nikol Paşinyan aprelin 17-də Vayotszor vilayətində çıxış edərkən
Nikol Paşinyan aprelin 17-də Vayotszor vilayətində çıxış edərkən

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan ötən həftəsonu Vayotszor vilayətinə səfəri zamanı regionda nəqliyyat yollarının açılması məsələsinə də toxunub.

Bu, 2020-ci ilin 9 noybarında imzalanmış Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatının bəndlərindən birində nəzərdə tutulub.

Paşinyan habelə Azərbaycan tərəfinin Zəngəzur adlandırdığı Syunik vilayətindən keçəcək nəqliyyat dəhlizi barədə Bakının bəyanatlarından bəhs edib:

“Azərbaycan daim Zəngəzur dəhlizindən bəhs edir. Bizsə deyirik ki, imzalanmış birgə sənəddə “Syunik”, “Zəngəzur”, “Meğri” və yaxud “dəhliz” sözləri yoxdur. Onlar daim deyilər ki, “bizim Zəngəzur dəhlizimiz olacaq”. Deyirlər, qoy desinlər. Deməli bizim də Naxçıvan dəhlizimiz olacaq”.

Ermənistan hökumətinin başçısı regionda nəqliyyat yollarının açılmasının Ermənistana verəcəyi faydalardan da söz açıb:

“...Yəni biz onlara yol əvəzinə yol verəcəyik. Heç təsəvvür edirsinizmi ki, bizim İran İslam Respublikası və Rusiya Federasiyası ilə dəmir yolu bağlantımız olsa, Ermənistan iqtisadiyyatı hansı dəyişikliklərə məruz qalacaq? Bu, bizim ən vacib vəzifəmizdir. Bundan sonra Ermənistanın öz böyük sərvətindən istifadə etmək imkanı yaranacaq”.

Levon Ter-Petrosyan nə deyib?

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 14-də parlamentdə etdiyi çıxış ətrafında ehtiraslar səngimək bilmir.

Aprelin 19-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Erməni Milli Konqresi (EMK) partiyasının sədr müavini Levon Zurabyan Paşinyanın çıxışına münasibət bildirib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə, Paşinyan iddia etmişdi ki, 2018-ci ilin iyulunda yer almış görüş zamanı Ter-Petrosyan ona “sən artıq torpaqları qaytarmalısan” məsləhətini verib.

Azatutyun TV-yə müsahibəsində Zurabyan Paşinyanı “yalançılqıda” ittiham edib.

O bildirib ki, baş nazirin yalan danışmaq xasiyyəti artıq “milli təhlükəsizlik məsələsinə” çevrilib.

Levon Ter-Petrosyan (solda) və Nikol Paşinyan 2011-ci ildə Yerevanın Azadlıq meydanında
Levon Ter-Petrosyan (solda) və Nikol Paşinyan 2011-ci ildə Yerevanın Azadlıq meydanında

Zurabyan Paşinyanı dediklərini sübut etməyə çağırıb. Zurabyan israrla bildirib ki, Paşinyan və Ter-Petrosyan arasında belə bir söhbət olmayıb:

“Ter-Petrosyanın Qarabağ məsələsində mövqeyinə gəlincə, bu mövqe xalqa 1990-cı illərdən məlumdur. Bu mövqe heç vaxt dəyişməyib. 1997-ci ildə Ter-Petrosyan özünün məlum planını təklif etmişdi. Dəqiq desək, o özünün məlum qəzet məqaləsində Qarabağ probleminin necə həll olunmasına dair öz təsəvvürünü açıqlamışdı və qeyd etmişdi ki, bu qərar indi, bizim güclü mövqedən çıxış etdiyimiz vaxt qəbul edilməlidir. O yazırdı ki, biz bunu etməsək, illər sonra, gələcəkdə Azərbaycan Ermənistandan dəfələrlə güclü olacaq. Ter-Petrosyan yazırdı ki, bugün bizim əldə edə biləcəyimizi, gələcəkdə xahiş edəcəyik, amma ala bilməyəcəyik.”

Levon Zurabyan əlavə edib ki, birinci prezident bu mövqeyini 2017-ci ilin parlament seçkisi zamanı da açıqlamışdı:

“Onda biz sadəcə olaraq xəbərdarlıq edirdik. Ter-Petrosyan da bütün erməni xalqına xəbərdarlıq edirdi: İndi elə situasiya yaranıb ki, biz sülhə getməsək, bizi bütün ağır nəticələri ilə fəlakətli müharibə gözləyir”.

XS
SM
MD
LG