Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:40

Çexiya polisi Donbas separatçılarına ‘qoşulmaq istəyənləri’ saxlayıb


Çexiya iğtişaş polisi Praqadakı Rusiya səfirliyi binasının qarşısında
Çexiya iğtişaş polisi Praqadakı Rusiya səfirliyi binasının qarşısında

Çexiyanın mütəşəkkil cinayətkarlıqla mübarizə aparan polis qurumu Donbasda Rusiya tərəfindən dəstəklənən separatçılarla birgə döyüşmək məqsədilə şərqi Ukraynaya yollanmaq istədiklərindən şübhə olan azı beş nəfəri saxlayıb.

Çexiya hüquq-mühafizə orqanlarının keçirdiyi bu əməliyyat Praqa və Moskva arasında indiyədək misli görünməmiş qarşıdurma şəraitində baş verir.

Çexiya dövlət prokurorluğunun müstəntiqləri sözü gedən 5 nəfərin özünü Donetsk Xalq Respublikası adlandıran və Ukraynanın şərqində Rusiya ilə həmsərhəd bölgəyə nəzarət edən qanunsuz qurumun döyüşçülərinə qoşulmağa hazırlaşdığından şübhələnirlər.

Bu barədə məlumatı aprelin 21-də dövlət prokuroru Martin Bilı verib.

Çexiya ilə Rusiya arasında "casusluq" qalmaqalı böyüyür
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Daha 20 nəfər saxlanıb

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, polisin antiterror qolu olan NCOZ tərəfindən keçirilən gecə reydi zamanı daha 20 nəfər saxlanıb.

Lakin Bilı deyib ki, saxlananlardan heç birinə qarşı ittiham irəli sürülməyib.

Bu hadisələr Rusiya və Çexiya arasında kəskin diplomatik qarşıdurmanın fonunda baş verir.

Moskva və Praqa qarşılıqlı qaydada çox sayda diplomatı ölkədən xaric ediblər.

Çexiya 2014-cü ildə ölkənin silah anbarlarının partladılmasının arxasında Rusiya Baş Kıəşfiyyat İdarəsi – GRU əməliyyatçılarının durduğunu bəyan edib.

Partlayışların törədilməsində bilavasitə əli olduğu söylənən iki rusiyalı agent axtarışa verilib.

İddia olunur ki, Vrbetitse şəhəri yaxınlığındakı anbarlarda bir bolqar biznesmenin Ukraynada separatçılara qarşı döyüşən hökumət qüvvələrinə göndəriləcək silah yükləri olub.

Şübhəlilər və qovulan diplomatlar

Çexiyanın baş naziiri Andrey Babiş hadisəni “dövlət terroru” elan etməkdən çəkinsə də, NATO üzvü olan ölkənin daxilində hökumətin Rusiya ilə münasibətlərinə dair qızğın mübahisələr başlanıb.

Bununla belə, Babiş Rusiya kəşfiyyatına işlədikləri iddia olunan 18 rusiyalı diplomatın ölkədən qovulmasına göstəriş verib. Moskva buna qarşılıq olaraq Çexiya səfirliyinin 20 əməkdaşını ölkədən qovub.

Bunun ardınca Praqa ölkənin NATO və Avropa İttifaqı üzrə müttəfiqlərini Çexiya ilə həmrəylik tədbirləri görməyə çağırıb.

Çex mediası xəbər verir ki, “Ukrayna separatçılarına qoşulmaq istəyənlərin” saxlanması məqsədilə aprelin 20-21-də keçirilən reydlərdə yüzlərlə polis zabiti iştirak edib.

Polis saxlananlardan bəzilərinin silahlı qruplaşmalarının üzvü olduqlarını bildirir.

iDnes.cz xəbər saytı yazır ki, saxlanmış şübhəlilərdən bəzilərinin ölkədən qovulan Rusiya diplomatları ilə əlaqədə olduqları istisna olunmur.

Praqa bu diplomatları GRU agentləri olmaqda ittiham etmişdi.

XS
SM
MD
LG