Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:59

Baltik ölkələri də Rusiya diplomatlarını çıxarır


Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya da Rusiya diplomatlarını casusluq iddiaları ilə ölkədən çıxaran NATO və Avropa İttifaqı üzvlərinin sırasına qoşulublar.

Reuters agentliyi yazır ki, hazırda Rusiya və keçmiş sovet blokuna daxil ölkələr arasında münasibətlər misli görünməmiş şəkildə korlanıb.

Aprelin 23-də Litva iki, Latviya və Estoniya isə hərəyə bir nəfər olmaqla Rusiya diplomatlarının ölkədən çıxarılması barədə qərar qəbul ediblər.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib ki, “Avropa İttifaqında mümkün qədər az Rusiya casususun olmasına çalışmaq lazımdır”.

Reuters yazır ki, Sovet İttifaqının 30 il bundan əvvəl çökməsinə baxmayaraq Moskva bütün şərqi və mərkəzi Avropa ölkələrində çox sayda heyəti olan səfirliklər saxlayır.

Bu ölkələrdən bəziləri bu fikirdədirlər ki, bu, Rusiyaya səfirliklərdə çox sayda məxfi agent yerləşdirmək imkanı verir.

Slovakiya və üç Baltikyanı ölkə Rusiya diplomatlarını ölkədən çıxarmaqla Çexiya Respublikası ilə həmrəylik ifadə ediblər.

Çexiya Moskva ilə diplomatik qarşıdurmada NATO və Aİ üzrə müttəfiqlərini Praqaya həmrəylik dəstəyi verməyə çağırmışdı.

Bu arada Bolqarıstan Rusiyanın 2, Polşa isə 3 diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Moskva buna cavab olaraq iki bolqar və 5 polyak diplomatı persona non qrata elan edib.

Slovakiya paytaxtı Bratislavada mənzillənmiş GLOBSEC siyasət institutunun baş məsləhətçisi Daniel Milo deyib ki, bu məsələdə əlaqələndirilmiş hərəkət mərkəzi avropalılara özünəinam aşılayır.

Ayrı-ayrılıqda bu ölkələrin çoxu Rusiyadan enerji asılılığında olublar:

"Rusiya görməlidir ki, bu, təkcə 10 milyion əhalisi olan (Çex Respublikası – red) balaca bir ölkənin ayrıvaca aktı deyil və bütün Avropa İttifaqı və NATO üzvləri arasında əsl həmrəylik hissinin hökm sürməsidir. Əgər Rusiya bunu görsə, bu, gələcəkdə hər hansı casusluq fəaliyyətlərinə görə əvvəllər olan cəzasızlıq hissini aradan qaldırar və güclü çəkindirici faktora çevrilə bilər”.

Moskva Polşanın 5 diplomatını qovur

Rusiya Polşanın Moskvadakı səfirliyinin beş diplomatını ölkədən çıxarır. Bundan öncə Varşava Rusiyanın üç diplomatının diplomatik statusu pozduğunu bildirərək persona non qrata elan etmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin aprelin 23-də bildirməsinə görə, Polşanın səfiri Kristof Krayevski quruma çağırılıb və ona qərar haqda məlumat verilib.

Polşa diplomatlarının Rusiyanı tərk etməsi üçün mayın 15-dək vaxt qoyulub. Nazirlik bildirir ki, Varşava “şüurlu şəkildə ikitərəfli münasibətlərimizin daha da deqradasiyası və dağılmasına yönəlik kurs yürüdür”.

Polşa Xarici İşlər Nazirliyi aprelin 15-də Rusiya səfirliyinin üç əməkdaşının diplomatik statusu pozduğunu və “Polşaya zərərli fəaliyyət apardığı”nı deyərək ölkədən çıxarıb.

Hazırda Rusiya Çexiya, Slovakiya, Birləşmiş Ştatlarla oxşar qalmaqal yaşayır.

XS
SM
MD
LG