Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

'Financial Times' ərəblərin Ərdoğana rəğbətindən yazır


Qəzzədə kütləvi toy zamanı fələstinli gəlinlər Erdoğanın portretini qaldırır, 2015-ci il
Qəzzədə kütləvi toy zamanı fələstinli gəlinlər Erdoğanın portretini qaldırır, 2015-ci il

20 mindən artıq respondent arasında keçirilmiş sorğuda populyarlığa görə Ərdoğandan sonra Səudiyyə Ərəbistanın de fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salman və İranın Ali dini lideri Ayətulla Əli Xameneyi gəlir

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın Yaxın Şərqdə populyarlığı bu ölkələri məzhəb savaşlarından qurtara bilməyəcək. Bu haqda “The Financial Times” qəzetində David Gardner yazır.

Müəllif qeyd edir ki, Ərdoğanın Türkiyədəki sehri nisbətən azalsa da ərəb dünyasında ən populyar liderdir. Şübhəli statistikası ilə ad çıxarmış “Ərəb Barometri” adlı araşdırma şəbəkəsi ötən həftə belə bir sorğunun nəticələrini açıqlayıb. “Bu sorğu paradoks kimi görünə bilər”, – yazan müəllif Ərdoğanın mütəmadi olaraq neo-Osmanlı xülyalarına qapıldığını, hətta bəzən Türkiyənin Suriya və İraqda bəzi ərazilərə iddialarını əks etdirən xəritələrin yayıldığını vurğulayır. Üstəlik, 2016-cə ildən Suriyanın şimalında dörd anklav Türkiyənin nəzarətinə keçib.

20 mindən artıq respondent arasında keçirilmiş sorğuda populyarlığa görə Ərdoğandan sonra Səudiyyə Ərəbistanın de fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salman və İranın Ali dini lideri Ayətulla Əli Xameneyi gəlir.

NATO-nun əndişəsi

Müəllif qeyd edir ki, avtokratik liderlərin sıxışdırdığı ərəblərdə populist qəhrəmanlara rəğbət yaranır. 2011-ci ilin Ərəb baharından sonra payızda Ərdoğanın Tunisə, Qahirəyə və Tripoliyə səfərləri zəfər addımı idi. Onun fələstinlilərə dəstəyi nəticəsində Tayyip adı Qəzzədə çox məşhurlaşdı və sairə. Ərəb ictimai rəyinin Ərdoğana rəğbəti təkcə İsrailə deyil, Birləşmiş Ştatlara da meydan oxumasından da qaynaqlana bilər. O, Liviyada vətəndaş müharibəsinin yönünü dəyişdi, Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etməsinə yardım etdi, Suriyanın şimalında kök salır, Ankara ABŞ-a bağlı kürd döyüşçüləri buradan çıxarır. “Türkiyə bu yerlərdə milli nüfuz haqqını təsdiqlədikcə NATO müttəfiqləri neo-Osmanlının regional hegemonluğa can atmasından narahatlıq keçirirlər”, – müəllif yazır.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bilib, amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Ağdamda isə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Prezident Ərdoğan daxil olmaqla Türkiyə rəsmiləri dəfələrlə Azərbaycanı dəstəklədiklərini bəyan ediblər.

XS
SM
MD
LG