Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:38

Lavrov Qarabağda vəziyyətin normallaşdığını deyir


Sergey Lavrov (solda) və Ara Ayvazyan
Sergey Lavrov (solda) və Ara Ayvazyan

Lavrov Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupun fəaliyyətini “aktiv və ritmik” adlandırıb

Dağlıq Qarabağda vəziyyət normallaşıb, amma regionda dinc həyatın bərpası prosesini siyasiləşdirmək olmaz. Bu bəyanatla mayın 6-da Yerevanda səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Ermənistanlı həmkarı Ara Ayvazyanla görüşdən sonra Lavrov deyib ki, Dağlıq Qarabağda nizamlanma prosesində müsbət tendensiyalar müşahidə olunur.

“Vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb”, – deyən nazirin sözlərinə görə, “əhəmiyyətsiz insidentlər” regiona yerləşdirilmiş Rusiya sülhməramlıları tərəfindən “operativ və effektli şəkildə tənzimlənir”.

Lavrov Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupun fəaliyyətini “aktiv və ritmik” adlandırıb. Onun sözlərinə görə, Qarabağda dinc həyatın bərpası prosesini siyasiləşdirmək olmaz.

Lavrov mayın 10-11-də Bakıya səfər etməlidir.

Ötən il 9 noyabr atəşkəs bəyanatı ilə Azərbaycanla Ermənistanın 44 günlük müharibəsi başa çatdı. Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad etdi. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.

Bu il yanvarın 11-də Rusiyada imzalanmış üçtərəfli bəyanatda isə regionda kommunikasiya xətlərinin açılması nəzərdə tutulur.

Bölgəyə Rusiya hərbçilərinin yerləşdirilməsi, onların Qarabağda məskunlaşmaya aktiv kömək göstərməsi Azərbaycanda müstəqil və müxalifət düşüncəli şəxslər tərəfindən tənqid olunur.

XS
SM
MD
LG