Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:59

Nümayişçilərə qarşı odlu silahdan istifadəyə icazə verildi


Ötənilki etirazlarda saxlananların məhkəməsi gedir, 14 may, 2021-ci il
Ötənilki etirazlarda saxlananların məhkəməsi gedir, 14 may, 2021-ci il

Artıq Tut.by portalına qarşı araşdırma başlandığı açıqlanıb. Tut Bai Media qrupu 2019-cu ildən bəri “aşırı böyük məbləğdə vergidən yayınmaqda” şübhəli bilinir

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka polisə və təhlükəsizlik qüvvələrinə nümayişçilərə atəş açmağa icazə verən qanunu imzalayıb.

Mayın 17-də imzalanmış qanun təhlükəsizlik əməkdaşlarını etirazçılara “qanuni” hesab olunan hallarda fiziki hücum, odlu silah, döyüş silahı, yaxud xüsusi avadanlıqla ziyan vurmağa görə məsuliyyətdən azad edir.

Nümayişlərin dağıdılmasını çəkmək yasaqlana bilər

Bu qanun apreldə parlamentdə təsdiqlənmiş daha geniş qanunvericiliyin bir hissəsidir. Həmin qanunvericilik ölkədə vətəndaş hüquqlarını, informasiyanın azad axınını kəskin məhdudlaşdırır.

Ötən avqustda keçirilmiş prezident seçkisinin qalibi Lukaşenka elan olunandan sonra ölkədə etirazlar başlanıb. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, lideri Svetlana Tixanovskayanın səsverməni udduğunu bildirir. Qərb Lukaşenkanı Belarusun legitim lideri kimi tanımayıb.

Etirazlarda minlərlə insan saxlanıb, döyülənlər, öldürülənlər olub. Saxlananlara işgəncə verilməsinə dair etibarlı dəlil olduğu bildirilir.

Yeni qanuna görə, polis icazəsiz nümayişlərin dağıdılmasının lentə alınmasını yasaqlaya, fərdlərin şəxsi əşyalarını və maşınlarını axtara, vətəndaşların icazəsi olmadan onların şəxsi datasını əldə edə bilərlər.

Müstəqil media qurumlarında axtarış və cinayət işi

Nümayişləri, polis zorakılığını işıqlandırmış çoxsaylı media orqanları təzyiqlə üzləşiblər. Elə mayın 18-də Tut.by və Hoster.by media orqanlarının mərkəzi və regional ofislərində maliyyə polisi axtarış aparıb.

Bu ikivebsaytın redaktorlarının evlərində axtarış aparıldığı bildirilir.

Artıq Tut.by portalına qarşı araşdırma başlandığı açıqlanıb. Tut Bai Media qrupu 2019-cu ildən bəri “aşırı böyük məbləğdə vergidən yayınmaqda” şübhəli bilinir.

Mühacirətdə yaşayan Tixanovskaya bu addımı “müstəqil medianın bilərəkdən qətli” adlandırıb.

“Belarus hakimiyyəti medianı öldürür… onlar bizi küçələrdə və məhbəslərdə öldürürlər”, – Tixanovskaya YouTube müraciətində deyib.

XS
SM
MD
LG