Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Paşinyan: ‘Sənəd 100% Ermənistanın maraqlarına cavab verir’


Nikol Paşinyan
Nikol Paşinyan

"Azərbaycan razılaşdırdığımız şərtlərlə razılaşmanı yerinə yetirsə, onda sənədə imza atacağam. Çünki o, Ermənistan Respublikasının maraqlarına 100% cavab verir"

“Ermənistan ərazisində 500-600 Azərbaycan hərbçisi var”

Ermənistanın Azərbaycanla sərhəddəki Sünik və Geqarkunik vilayətlərində vəziyyət gərgin olaraq qalır. Bunu da hökumətin iclasında müvəqqəti baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistanın müxtəlif yerlərində 500-600 azərbaycanlı hərbçi var.

“Silahlı qüvvələrimizin hərəkətlərinin məntiqi taktiki addımlarla azərbaycanlıların hərəkət potensialını məhdudlaşdırmaqdan ibarətdir. Siyasi planda vəzifəmiz vəziyyətin nəzarətdən çıxmasına imkan verməmək, istənilən müharibə, yaxud hərbi qarşıdurma ssenarisini çıxdaş etmək, Azərbaycan hərbçilərinin Ermənistan ərazisindən çıxmasına nail olmaqdır”, – o vurğulayıb.

Paşinyanın sözlərinə görə, böyük diplomatik iş görülüb və hazırda da davam etdirilir. Bu səbəbdən xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan iclasda iştirak etmir. O, aparılan diplomatik işi effektli adlandırıb.

“Niyə? Çünki beynəlxalq tərəfdaşlarımızla Ermənistanın mövqeyi üst-üstə düşür: Azərbaycan Silahlı Qüvvələrinin təmsilçiləri Ermənistan ərazisindən çıxmalıdırlar. Bu fakt işçi səviyyədə qeyd olunub. Bunun ictimai səviyyədə də qeyd olunmasını istəyirəm”, – Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycan bunu etməmək üçün müəyyən hərəkətlərə, təzyiq vasitələrinə əl atır. “Ermənistanın isə gözlənilməz, indi isə demək olar, tamamilə gözlənilən müttəfiqləri var”, – deyən Paşinyan bir neçə gün öncə səsləndirdiyi fikirləri bir daha dilə gətirib, Ermənistan siyasi elitasında Azərbaycanın informasiya agentləri olduğunu iddia edib.

***

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin mayın 20-də keçirilən iclasında internetdə yayılan işçi sənədlərə toxunub. O, həmin sənədlərin Azərbaycan tərəfdən yayıla biləcəyindən narahatlıq bildirib.

“Bu sənədləri necə əldə olunduğunu təhlil edərək Azərbaycanın üzərində dayanıram, çünki üçtərəfli danışıqlar Rusiya, Ermənistan və Azərbaycan arasında aparılır. Məncə, bu sənədləri Azərbaycandan alırlar. Hazırda beynəlxalq tərəfdaşlarımızla ilkin razılaşma əldə olunmuş qərarlar 100 faiz Ermənistan Respublikasının maraqlarına uyğun gəlir. 99.9% deyil, 100%. əgər Azərbaycan razılaşdırdığımız şərtlərlə razılaşmanı yerinə yetirsə, onda sənədə imza atacağam. Çünki o, 100% Ermənistan Respublikasının maraqlarına cavab verir. Sənədi açıqlamayacağam, çünki bu, korrekt olmazdı”, – Paşinyan deyib.

Xatırlatma

Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə sadəcə, demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir.

Hazırda Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu məsələni müzakirə etdiyi bildirilir. Azərbaycan tərəf bu danışıqlarla bağlı rəsmi açıqlama verməyib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG