Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Çayçı qadın: 'İşə səhər 7-də gəlirik, axşam 8-də çıxırıq'


Astara rayonunda çay plantasiyası, may 2021
Astara rayonunda çay plantasiyası, may 2021

Yaşıl çay sahəsindəyik. Çay yarpağı toplayan orta yaşlı bir kişiyə yaxınlaşırıq. Yorğun görünür. Günəşdən qorunmaq üçün başına kepka qoyub. O deyir ki, plantasiyada işləyən torpaq sahibləri ilə yanaşı adi fəhlələr də var: "Biz adi fəhləyik".

Yaşıl çay sahəsindəyik. Çay yarpağı toplayan orta yaşlı bir kişiyə yaxınlaşırıq. Yorğun görünür. Günəşdən qorunmaq üçün başına kepka qoyub. O deyir ki, plantasiyada işləyən torpaq sahibləri ilə yanaşı adi fəhlələr də var: "Biz adi fəhləyik".

Adi fəhlə ilə sahibkarın fərqi...

Əli ilə yaxınlıqda yaşıl çay yarpağı toplayan qadınları göstərir. O, adi fəhlə ilə torpaq sahibi arasındakı fərqi belə izah edir: "Hər ikisi sahədə yaşıl çay yarapğı toplayır. Amma fabrik yaşıl çay yarpağının 1 kiloqramını torpaq sahibindən 1 manat 20 qəpikdən, torpaq sahibi isə fəhlədən 25 qəpikdən götürür".

"Hər birimiz 100 kiloqrama qədər yaşıl çay yarpağı toplayırıq"

Gündən qorunmaq üçün üzünü örtən və çay yarpağı dərən qadın da qiymətdən narazlığını gizlətmir: "Bu çay sahələri Astara rayonunn Kijabə qəsəbə və Lovayin kənd sakinlərinindir. Sakinlərin əksəriyyəti ehtiyac üzündən sahələrini satıblar. Biz də satmışıq. İndi çay sahəsini əlində saxlayan həmkəndlimin plantasiyasında çalışıram. Qızımla hər gün gəlib hər birimiz 100 kiloqrama qədər yaşıl çay yarpağı toplayırıq. Sahibkar məhsulun hər kiloqramına 25 qəpik verir".

Çay yarpağı yığan qadın
Çay yarpağı yığan qadın

O, 25 qəpiyin az olduğunu düşünür: "Sahibkar deyir ki, xərcim çox çıxır. İstəmirsən çıx get. Gərək qiyməti fabrik qaldırsın, mən də qaldırım. Günəmuzd işləyirik. Yenə fikirləşirsən ki,iş var. Fabirk pulu ödəyəndə, bizim də haqqımızı verirlər".

"Çay sahəsindən ildə 5 dəfə yaşıl çay yarpağı tədarük edilir"

İşinə davam edir. Deyir ki, günün sonuna qədər normanı yerinə yetirməlidir. Digər bir qadın söhbətə müdaxilə edir: "Çay sahəsindən ildə 5 dəfə yaşıl çay yarpağı tədarük edilir. Məhsul yığımı 10-15 gün çəkir. Elələri var ki, təkbaşına 200 kiloqram yaşıl çay yarpağı toplaya bilir. Yaşıl çay yarpağın qiyməti bizi qane etmir. Mağazalarda ən ucuz quru çayın kiloqramı 10 manatdan yuxarıdır. Bizdən yaşıl çayı ucuz götürürlər, satışda isə quru çay dəfələrlə bahadır. İşə səhər saat 7-də gəlirik, axşam saat 8-də çıxırıq. Sahibkarlardan soruşun. Odur, özü də çay yığır".

"Qiyməti onlar müəyyənləşdirir, biz yox"

Sahibkar qadın da yaşıl çay yarpağına fabriklərin qoyduğu qiymətdən narazı olduqlarını dedi. Onun sözlərin görə, bu barədə etirazlarını bildiriblər: "Qiyməti onlar müəyyənləşdirir, biz yox. Lənkərandan da gəlirilər. Hansı fabrik istəyir gəlib aparır".

Nənəsinə kömək etməyə gəldiyini deyən oğlan bütün gününü plantsiyada keçirdiyini bildirir.

Sahibkar Ramiz Hüseynov isə məhsulu ailə üzvləri ilə birlikdə topladığını deyir: "Kijabə qəsəbəsindənəm.İki uşağım var. Özümün çay sahəm var. Məhsulu özümüz toplayırıq. Qiymət bizi qane etmir. Qiyməti 2 manata qaldırsaydılar yaxşı olardı. İşləməkdən əllərimiz qabar-qabardır. Ailəmi dolandıra bilirəm".

"Kiloqramı 850 manata olan yerli quru çay da var"

Yerli quru çay satan mağaza sahibinin dediyinə görə, may ayında yığılan çayın qiyməti bahadır: "Ən ucuz quru çayın qiyməti 10 manatadır. May ayında yığılan çayların qiyməti daha yüksəkdir. Kiloqramı 850 manata olan yerli quru çay da var.İldə cəmi 10 kiloqram daxil olur.100 qramı 85 manatadır, 50 qramı 45 manata.Alanlar olur...".

Astara rayonunda 3 çay fabriki məhsul qəbul edir. Adının çəkilməsini istəməyən bir çay fabrikin mütəxəssisin dediyinə görə, qiymətlə bağlı narazılıqlar hər il olur: "Bəlkə, qiymətə yenidən baxdılar. Siz deyirsiz ki,mağazalarda yerli quru çayın 1 kiloqramını 850 manata satırlar? Bu ki, fantastik qiymətdir. Mayda yığılaraq emal olunan quru çayın bir kiloqramı bizə 15 manata başa gəlir. May ayında yığılan yaşıl çayın 4,2 kiloqramından 1 kiloqram quru çay əldə olunur. Bunun digər xərcləri də var".

Amma məsələyə fabrik rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

"Ölkəmiz idxal məhsuldan aslıdır"

Rafiq Cəfərov
Rafiq Cəfərov

İş adamı, iqtisadçı Rafiq Cəfərov-un sözlərinə görə, isə quru çay bazarında sabit qiymət yoxdur: "Söhbət Azərbaycanda yığılan və emal olunan çaydan gedir. Ölkəmiz idxal məhsuldan aslıdır. Vaxtı ilə təkcə Astara rayonunda 7 min ton yaşıl çay yarpağı yığılardı. İllik gücü 3-4 min ton yaşıl çay yarpağı olan 4 fabrik fəaliyyət göstərirdi. Əmək qabiliyyətli əhalinin 30 faizi çayçılıqda çalışırdı. İndi ildə bizdə 500-600 ton yaşıl çay yarpağı istehsal olnur. Yerli quru çaylar kənardan gətirilən quru çaylardan dəfələrlə bahadır. Çaya təlabat böyükdür,istehsal isə az. Belə olan halda qiymət yüksək olmalı və bu sahədə çalışanlar yaxşı qazanc əldə etməlidirlər".

"Yeni əkilən çay 7 ildən sonra məhsul verməyə başlayır"

Onun deməsinə görə, 1 kiloqram çay yarpağının toplanmasına görə,25 qəpik azdır: "Yeni əkilən çay 7 ildən sonra məhsul vermyə başlayır. Biz 30 ilə yaxındır müstəqilik. Dağıdlmış çay sahələri indiyə kimi bərpa olumayıb. Bu o deməkdir ki, çayçılıqla bağlı qanunlar qəbul edilsə də dağıdılmış çay sahələrinin bərpa olunmasına maraq azdır".

Astara Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov da deyir ki, qiymətə müdaxilə edə bilmirlər: "Biz qiymətə müdaxilə edə bilmirik. Fəhlə sahibkarla, sahibkar fabriklə qiymət barəsində razılığa gəlirlər. Qiyməti onlar müıyyənləşdirir".

Statsitik məlumata görə, ötən il Astara rayonunda 271 hektar çay sahəsindən 628 ton məhsul tədarük edilib.

XS
SM
MD
LG