Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:40

Avropa Belarusla hava sərhədini bağlamağa hazırlaşır


Ryanair təyyarəsi Minsk aeroportunda
Ryanair təyyarəsi Minsk aeroportunda

Sanksiyaların dördüncü raundu üzərində iş ilin əvvəlindən başlamışdı və iyunun 21-dək açıqlanmalıydı. Fevraldan başlanmalı olan iş ağrılı dərəcədə ləng gedir və elə bu da Brüsselin “Belarusa laqeydliyini” aşkar göstərir

Avropa İttifaqı Brüsseldə keçirilən sammitində Belarus üzərinə əlavə sanksiyalar paketi barədə razılığa gəlib.

Bu barədə bəyanatda Avropa İttifaqının iki ölkəsi arasında uçan sərnişin təyyarəsinin səmtini dəyişmək üçün MiG-29 qırıcısından istifadə edilməsi qətiyyətlə pislənir.

Mayın 23-də Yunanıstan paytaxtı Afinadan Litva paytaxtı Vilnüsə uçan bu təyyarənin sərnişinləri arasında 26 yaşlı müxalifətçi Belarus jurnalisti Raman Prataseviç və onun sevgilisi də vardı.

Təyyarə Minsk hava limanına enməyə məcbur edildikdən sonra onların hər ikisi həbs olunublar.

Avropa İttifaqı onların dərhal azad edilməsinə çağırıb.

İttifaq habelə bildirib ki, özünün hava məkanını və hava limanlarını Belarus təyyarələrinə bağlı elan edəcək.

Belarus dövlət telekanalı Prataseviçin videosunu göstərib

Bu arada Prataseviçin əvvəlcədən yazılmış videosu mayın 24-də Belarus dövlət telekanalında nümayiş etdirilib.

O bu videoda özünə qarşı ittihamları qəbul edir və vətəndaş iğtişaşlarını təşkil etdiyini etiraf edir.

Bu ittiham üzrə onu 15 il müddətinə azadlıqdan məhrum edə bilərlər.

Prataseviç videoda deyir:

"Deməliyəm ki, mənim səhhətimlə bağlı heç bir problemim yoxdur…və mən müstəntiqlərlə əməkdaşlığı davam etdirirəm, Minsk şəhərində kütləvi iğtişaşları təşkil etdiyimi boynuma alıram”.

Bu videoda Prataseviçin alnında qara ləkələr var.

Belarusun dövlət telekanalı ilə göstərilən videoda Prataseviç kapuşonlu qara paltarda masanın arxasında oturub və masanın üstündə bir qutu siqaret var:

"Mən Minsk şəhərinin 1 nömrəli təcridxanasındayam. Deməliyəm ki, sağlamlığımla bağlı, ürəyimdə və heç bir orqanımda problemim yoxdur…”

O bu bəyanatı verərkən barmaqlarını oynadır:

"Burdakı işçilərin mənimlə davranışı mümkün olduğu qədər korrektdir”.

Prataseviçin bu bəyanatları məcburən verib-vermədiyi bilinmir.

Avropa liderləri Belarusun hava məkanını bağlamağa çağırırlar
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Belarusla quru yolları da bağlana bilər

Avropa İttifaqının sammitində qəbul edilmiş bəyanatda Prataseviçin və onun sevgilisinin dərhal azad olunması tələb edilir, Avropa Şurasından Belarusdan olan fərdlərə və vahidlərə qarşı əlavə sanksiyalar hazırlanması rica olunur.

Liderlər habelə ittifaqa daxil ölkələri təyyarələrini Belarus üzərindən uçurmamağa çağırıblar.

Avropa İttifaqı BMT-nin mülki aviasiya agentliyi – ICAO-nu təyyarənin Minskə endirilməsi ilə bağlı “misli görünməmiş və qeyru-məqbul” insidentin təcili araşdırılmasına çağırıb.

ICAO bildirib ki, təşkilatın 36 diplomatik nümayəndəsi mayın 27-də yığışaraq Belarusun hərəkətlərini müzakirə edəcəklər.

Mayın 24-də BMT-nin baş katibi Antonio Quterres bu insidentlə bağlı müstəqil təhqiqatın keçirilməsinə edilən çağırışları dəstəklədiyini bildirib.

Bu da xəbər verilir ki, Avropa İttifaqının sammitinin gündəliyində Belarusla quru yolu ilə nəqıiyyat rabitəsi məsələsi də var.

FR4978 reysinin məcburən Minskə endirilməsinin xəritəsi
FR4978 reysinin məcburən Minskə endirilməsinin xəritəsi

Həftəsonu “Ryanair” təyyarəsi Minskdə məcburi endirilənədək Avropa Birliyi (AB) Belarusla bağlı kəskin “etinasızlıq” yaşayırdı. AzadliqRadiosu-nun müxbiri Rikard Jozviak yazır ki, Avropada COVID pandemiyasının davam etməsi, Rusiyayla münasibətlərin pisləşməsi, İsrail-Fələstin münaqişəsi Brüsselin şərq qonşusunda yaşananları blok üçün arxa plana keçirmişdi.

Alyaksandr Lukaşenka rejimi təyyarəyə məcburi eniş etdirib müxalifət fəalı Roman Protaseviçi saxlayınca Belarus yenidən AB-nin gündəmində önə çıxdı. Mayın 24-də axşam blok liderləri bir araya gələrək Belarusla bağlı bəyanat və narahatlıq ifadə edən bəyanatdan daha artıq iş görməlidirlər.

Mümkün sanksiyalar

Brüssel hansı addımları ata bilər? İlk addım Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) təhqiqat aparmağa çağırmaq olacaq. Belavia dövlət hava şirkətinin AB aeroportlarına uçuşlarının, Belarusun hava məkanından AB hava reyslərinin dayandırılması haqda söz-söhbət var.

Bütövlükdə tranzitin, eləcə də Belarusda bloka quru tranzitinin dayandırılması da təklif olunur. Amma qonşu Polşa kimi ölkələrin bu addımın potensial iqtisadi təsirindən dolayı buna razılaşacağı dəqiq deyil. Beynəlxalq Valyuta Fondundan Minskə Covid-19 pandemiyası ilə mübarizə üçün ayırmaların bloklayacağı da bəlli deyil. Bundan başqa qurumlara və fərdlərə aktivlərin dondurulması, viza qadağaları kimi ənənəvi sanksiyalar da mümkündür.

Jozviak yazır ki, sanksiyaların dördüncü raundu üzərində iş ilin əvvəlindən başlamışdı və iyunun 21-dək açıqlanmalıydı. Fevraldan başlanmalı olan iş ağrılı dərəcədə ləng gedir və elə bu da Brüsselin “Belarusa laqeydliyini” aşkar göstərir.

Sanksiya təşəbbüsü kimin boynuna düşür

Məsələ ondadır ki, AB-nin diplomatik korpusu sanksiya paketi təşəbbüsünü irəli sürməyə tərəddüd edir, bunun üzv ölkələrin etməli olduğunu bildirir. Litva kimi ölkələr isə deyirlər ki, elə həmişə Vilnüs, yaxud AB-nin digər şərq üzləri belə təşəbbüslərin önündə getməli deyil.

Müəllif bu kontekstdə Lukaşenkanın mayın 23-dəki hərəkətinin o qədər də təəccüb doğurmadığını qeyd edir. Mübahisəli avqust seçkisindən sonra o, müxalifəti sıxışdırmağa davam edir, AB isə azından son altı ayda buna elə də böyük reaksiya verməyib.

“AB-nin bəzi rəsmiləri mənə özəl olaraq deyiblər ki, onu rəsmən tanımasalar da, ‘qalib gəlməsi’ və ölkəni idarə edəcəyi ilə razılaşıblar. Belə bir hiss vardı ki, Belarus Qərbin rahatlıqla gözardı etdiyi ölkəyə çevriləcək, müxalifət lideri Svetlana Tixanovskaya isə ölkənin mühacirətdə yaşayan lideri kimi tanınacaq.

İndi buna dəyişməyə şans yarana bilər – əgər AB və Qərbin qalan hissəsi bunu həqiqətən də istəyirlərsə”, – məqalədə deyilir.

XS
SM
MD
LG