Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:52

İran kriptovalyuta fəaliyyətini 4 aylıq qadağan edir


İran prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta mədənçiyilinə 4 ay müddətində qadağan qoyulması barədə qərar qəbul edib.

Xəbər verilir ki, prezidentin bu qərarı ölkənin böyük şəhərlərinin elektriklə təchizatında fasilələrin yaranması ilə bağlıdır.

Mayın 26-da televiziya ilə yayımlanan çıxışında Ruhani deyib ki, “kriptovalyuta fəaliyyətlərinə və kriptovalyuta mədənçiliyinə” sentyabrın 22-dək qadağan qoyulur.

İran rəsmiləri bundan əvvəl də lisenziyasız kriptovalyuta mədənçilərini böyük elektrik sərfinə görə tənqid ediblər.

Kriptovalyuta mədənçiliyi çox güclü kompüterlər şəbəkəsindən istifadə etdiyinə görə böyük həcmlərdə elektrik istehlak edir.

Sanksiyalardan yan keçmək vasitəsi

Bu proseslər uğurlu olanda kriptovalyuta mədənçiləri “rəqəmsal sikkələr” deyilən virtual pul yaradırlar.

Belə valyuta ilə qlobal miqyasda maliyyə bazarlarının ənənəvi maneələrindən yan keçərək alış-veriş etmək mümkün olur.

ABŞ sanksiyaları ilə üzləşən İran 2019-cu ilin avqustunda kriptovalyuta ilə bağlı məhdudiyyətləri yüngülləşdirib.

Hökumət kriptovalyutadan ABŞ sanksiyalarından yan keçmək üçün geniş istifadə edir.

İranda elektrikin ucuz olması kriptovalyutaçılar üçün əlverişli şərait yaradır.

İran hökuməti bildirir ki, bu həm də çox sayda qanunsuz kriptovalyuta mədənlərinin yaranmasına yol açıb.

Türkiyə kriptovalyuta ilə ödənişləri hələ aprel ayında qadağan edib:

Aprelin 30-dan Türkiyədə kriptovalyuta ilə ödəniş qadağan edilir
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Bir yandan da quraqlıq

Ruhani mayın 26-da deyib ki, güzəştli qiymətlərlə elektrik enerjisinə çıxışı olan “qanunsuz” kriprovalyutaçılar icazəli mədənçilərdən 7 dəfə çox elektrik sərf edirlər.

İran ölkədə elektrik şəbəkəsinin yükünü tənzimləmək məqsədilə mayın 23-dən ölkə boyunca elektrik verilməsində planlı fasilələrə başlayıb.

Milli elektrik şirkətinin rəhbəri Mustafa Rəcəbi Məşhədi mayın 22-də demişdi ki, lisenziyalı kriptovalyutaçılar ölkə şəbəkəsinin yükünü yüngəlləşdirmıək üçün işlərini könüllü olaraq dayandırıblar.

Mayın 25-də İranın enerji naziri Reza Ardakanian “elektrik kəsintilərinə” görə ölkə vətəndaşlarından üzr istəyib.

Nazir deyib ki, İranın elektrik şəbəkəsi quraqlıq səbəbilə su elektrik stansiyalarında hasilatın azalması və isti havalarda kondisionerlərdən istifadənin artmasına görə təzyiq altındadır.

XS
SM
MD
LG