Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

BMT baş katibi ABŞ-ı İran sanksiyalarını qaldırmağa çağırıb


Antonio Quterres
Antonio Quterres

BMT-nin baş katibi Antonio Quterres ABŞ administrasiyasına müraciət edərək İran üzərindəki bütün sanksiyaları 2015-ci il nüvə sazişinin əsasında “qaldırmağa və ya dondurmağa” çağırıb.

Bu saziş İranla, ABŞ da daxil dünya gücləri arasında imzalanmışdı.

İyunun 30-da BMT Təhlükəsizlik Şurasına etdiyi məruzədə Quterres habelə Tehranı sözü gedən saziş üzrə bütün öhdəliklərinin icrasına tam qayıtmağa çağırıb.

Baş katibin bu çağırışından əvvəl, bir müddətdir ki, ABŞ və İran arasında Vyanada 2015-ci il sazişinin dirçəldilməsi üçün vasitəçili danışıqlara başlanıb.

Sazişin digər tərəflərinin də iştrak etdikləri bu danışıqlarda Tehran və Vaşinqton arasında vasitəçiliyi Avropa İttifaqı diplomatları həyata keçirirlər.

Keçmiş prezident Donald Tramp öz ölkəsini bu sazişdən 2018-ci ildə birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə Vaşinqtonun sərt sanksiyaları bərpa edilib.

Buna cavab olaraq İran da saziş üzrə öhdəliklərindən mərhələ-mərhələ geri çəkilib.

Səfirlər nikbin danışıblar

Təhlükəslzik Şurası iyunun 30-da BMT baş katibinin iki ildən bir etdiyi mərizəni müzakirə edib.

Bu məruzə habelə Fransa, Britaniya, Almaniya, Rusiya və Çinin də imzaladıqları 2015-ci il nüvə sazişi haqqındadır.

ABŞ-ın BMT-dəki səfirinin müavini Cefri Delorentis deyib ki, “Vyanada aparılan bir neçə dövrə danışıqlar Birləşmiş Ştatlar və İranın bu razılaşmaya qayıtması üçün nə etməli olduqlarına aydınlıq gətirilməsinə kömək edib”.

Avropa İttifaqının BMT-dəki səfiri Olof Skuq Təhlükəsizlik Şurasına bildirib ki, Brüssel Birləşmiş Ştatların nüvə sazişinə bağlı sanksiyaları qaldırmasına tərəfdardır:

"Aydındır ki, bu məsələdə vaxt bizim tərəfimizdə deyil və bugün mümkün olan yaxın gələcəkdə mümkün olmaya bilər. Qarşıda bizi əldən buraxmalı olmadığımız məhdud diplomatik pəncərə gözləyir”.

İranın BMT səfiri Məcid Təxt Rəvançi “bütün sanksiyaların qaldırılmasına və ABŞ-ın bu sazişdən bir daha çıxmayacağına zəmanət verməsinə” çağırıb.

Avstriya paytaxtında keçirilən danışıqların növbəti raundu üçün dəqiq tarix müəyyənləşdirilməyib.

XS
SM
MD
LG