Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:44

Tacikistan Taliban təhlükəsinə görə KTMT-yə müraciət edib


Tacikistan-Əfqanıstan sərhədindəndən keçən Pənc çayı
Tacikistan-Əfqanıstan sərhədindəndən keçən Pənc çayı

Tacikistan Əfqanıstanla sərhədinin mühafizəsində köməklik üçün göstərməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinə müraciət edib.

Rusiyanın başçılıq etdiyi bu hərbi alyansa keçmiş sovet respublikalarından bir neçəsi daxildir.

Tacikistanın KTMT-dəki nümayəndəsi Xasan Sultonov bu barədə məlumat verib:

"Regionda yaranmış vəziyyəti, habelə Əfqanıstanla sərhədin müəyyən hissələrinin çətin keçilən dağ yerlərində olmasını nəzərə alsaq, Tacikistan bu vəzifənin öhdəsindən təklikdə gələ bilməz”.

O qeyd edib ki, son iki həftədə Əfqanıstanda Talibanın hökumət qüvvələri üzərinə hücumu nəticəsində Tacikistan ərazisinə 1500-dək əfqan hərbçi keçib.

Düşənbənin çağırışından əvvəl Moskva, müttəfiqi olan Tacikistanı dəstəkləyəcəyini bəyan etmişdi.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko iyulun 6-da demişdi:

"Rusiya zərurət olduğu halda sərhədlərin təhlükəsizliyinin təmin edilməsində Tacikistana əlavə dəstək verməyə hazırdır”.

Rusiyanın ən böyük hərbi bazası

Tacikistan ərazisində Rusiyanın 201-ci hərbi bazası var. Interfax agentliyi yazır ki, bu, Rusiyanın xaricdəki ən böyük hərbi bazasıdır.

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması ilə eyni vaxtda hücuma başlamış Taliban ölkənin böyük ərazilərini nəzarəti altına ala bilib.

Qərb koalisiyası Əfqanıstandakı qoşunlarının oradan çıxarılmasını sentyabrın ortalarınadək başa çatdırmalıdır.

Tacikistan rəsmiləri bildirirlər ki, hazırda Əfqanıstanın Tacikistanla sərhədinin üçdə ikisinə radikal islamçılar nəzarət edirlər.

Ümumilikdə, Tacikistan-Əfqanıstan sərhədinin uzunluğu 1357 kilometrdir.

Böyük qaçqın axını gözlənilir

Düşənbə bildirir ki, Əfqanıstandan böyük qaçqın axını gözlənilir.

Tacikistan artıq ölkəyə gəlməyə başlamış qaçqınları yaşayış yeri və ərzaqla təmin etməyə çalışır.

Əfqanıstanın özündə isə Taliban ölkənin şimalında böyük əraziləri ələ keçirib.

Bir çox ekspertlər Qərb koalisiyasının çıxışından sonra beynəlxalq birlik tərəfindən tanınan Əfqanıstan hökumətinin Taliban tərəfindən devrilə biləcəyindən narahatdırlar.

Tacikistan prezidneti Emomali Rahmon ölkə təhlükəsizlik şürasının iyuluin 5-də keçirilən iclasından sonra Əfqanıstanla sərhədə ehtiyatda olan 20 min zabitin göndərilməsini əmr edib.

Rahmon habelə Rusiya prezdenti Vladimir Putinlə, Özbəkistan və Qazaxıstanın rəhbərliyi ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.

Tacikistan prezidenti bundan əvvəl Əfqanıstan prezidenti Əşrəf Qani ilə danışmışdı.

Kremlin verdiyi məlumata görə, Putin Moskvanın Tacikistana həm ikitərəfli, həm də KTMT xətti ilə lazımi dəstəyi verəcəyini bildirib.

XS
SM
MD
LG