Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Gürcüstandakı NATO təlimlərində Azərbaycan da iştirak edir


Gürcüstanda NATO və ABŞ-ın iştirakı ilə hərbi təlimlər
Gürcüstanda NATO və ABŞ-ın iştirakı ilə hərbi təlimlər

Budəfəki təlimlər daha geniş miqyasda keçirilir. Bu məqsədlə Tbilisiyə bu il ABŞ, Böyük Britaniya və Almaniya da daxil olmaqla 15 ölkədən 2500-dən çox hərbçi gəlib.

İyilun 26-da Gürcüstanda NATO üzvlərinin iştirakı ilə beynəlxalq «Agile Spirit-2021» (Cevik ruh) adlı hərbi təlimlər başlayıb.

Təlimlər avqustun 6-dək davam edəcək.

Gürcüstanın müdafiə nazirliyi bəyan edib ki, təlimlərdə məqsəd NATO üzvü olan ölkələr arasında əməkdaşlığı möhkəmləndirmək, hərbi əməliyyatları çoxmillətli miqyasda yaxşılaşdırmaq və təhlükəsizliyi gücləndirməkdir.

Məlumatda qeyd edilir ki, məqsəd həmçinin regional böhran və çağırışlara daha effektli reaksiya vermək,bu sahədə əməkdaşlığı dərinləşdirməkdir.

NATO üzvlüyünə can atan Tbilisidə bu təlimlər artıq 10-cu dəfədir keçirilir.Amma məlumatlara görə, bu ilki təlimlər daha geniş maştabda keçirilir. Bu məqsədlə Tbilisiyə bu il ABŞ, Böyük Britaniya və Almaniya da daxil olmaqla 15 ölkədən 2500-dən çox hərbçi gəlib. Hərbi təlimlərdə 1600 yerli, təxminən 700 ABŞ, qalan ölkələrdən isə 250-dək hərbçi iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanla Türkiyə də bu təlimlərdə iştirak edir.

Amma Ermənistan NATO-nun iştirakı ilə keçirilən bu təlimlərə qoşulmur.

Bu ilki təlimlərdə ilk dəfə olaraq Gürcüstan, Bğyük Britaniya və Polşanın iştirakı ilə hava-desant əməliyyatları da keçiriləcək.

Bundan başqa Gürcüstanın xüsusi təyinatlı qüvvələri, ABŞ və Britaniya qüvvələri ilə birlikdə cəld reaksiya qüvvələri çərçivəsində birgə təlim keçirəcək, hərəkətlərini kooardinasiya edəcəklər.

Gürcüstan müdafiə nazirliyinin məlumatına görə, təlimlərə ilk dəfə olaraq yerli istehsal olan 2 zirehli texnika da cəlb ediləcək.

Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən keçirilir.

XS
SM
MD
LG