Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Gürcüstan iqtidarı müxalifətlə razılaşmanı ləğv edir


İrakli Kobaxidze
İrakli Kobaxidze

Gürcü Arzusu hakim partiyasının lideri İrakli Kobaxidze iyulun 28-də sözü gedən razılaşmanın iflasına görə müxalifəti ittiham edib

Gürcüstanda hakim partiya müxalifətlə Avropa İttifaqının vasitəçiyili ilə üç ay bundan əvvəl əldə olunmuş razılaşmanı ləğv edib.

Beləliklə, ölkədə aylardır davam edən siyasi böhranın daha da dərinləşməsi təhlükəsi yaranıb.

Gürcü Arzusu hakim partiyasının lideri İrakli Kobaxidze iyulun 28-də sözü gedən razılaşmanın iflasına görə müxalifəti ittiham edib.

O bildirib ki, müxalifətdən olan deputatların yarıdan çoxu hələ də bu razılaşmaya qoşulmayıb.

Gürcüstanda siyasi böhran ötən oktyabrda keçirilmiş parlament seçkisində Gürcü Arzusu partiyası qalib gələndən sonra başlanıb.

Müxalifət seçkini ədalətsiz və saxta adlandırıb.

Bunun ardınca bir qrup müxalifət partiyası parlamentin boykotuna dair qərar qəbul edib.

Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Avropa İttifaqı böhranın çözülməsi üçün Gürcüstan iqtidarı və müxalifəti arasında danışıqlar təşkil etmişdi.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel aprel ayında bir daha iqtidarla müxalifəti barışdırmağa cəhd etmiş və hətta təcili qaydada Tbilisiyə gəlmişdi.

Bundan sonra kiçik müxalifət partiyaları parlamentə daxil olmağa razılaşmışdılar.

Böyük müxalifətlə kiçik müxalifət

Kobaxidze deyib ki, daha kiçik müxalifət partiyaları bu razılaşmanı imzalasalar da, keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyası da daxil daha geniş “radikal müxalifət” parlamentə daxil olmalarına rəğmən sənədə imza atmayıblar.

Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş sazişə görə hakim Gürcü Arzusu partiyası bələdiyyə seçkilərində 43 faizdən az səs topladığı təqdirdə, 2022-ci ildə erkən parlament seçkisi keçirilməli idi.

Bu saziş habelə parlamentdə vəzifə bölgüsünü müəyyən edir, Mərkəzi Seçki Komissiyasının islahatları üçün tövsiyələr verirdi.

Kobaxidze deyib ki, sazişin əsas müddəalarına müxalifətin boykota son qoyması və Vahid Milli Hərəkat Partiyasının liderlərindən Nika Meliyanın azadlığa buraxılması ilə onsuz da əməl olunub.

Lakin Kobaxidzenin bəyantından sonra bir neçə müxalifət deputatı parlamentdən çıxacağını və bələdiyyə seçkilərini boykot edəcəyini bildirib.

XS
SM
MD
LG