Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:35

Zaxarovadan Əliyevə cavab: Ermənistana silah göndərilməsi Rusiyanın suveren hüququdur


Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova July 1, 2021
Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova July 1, 2021

Zaxarova deyib ki, Moskva tərəfləri humanitar sahədə mövcud olan qıcıqlandırıcı amilləri tezliklə aradan qaldırmağa çağırır

“Moskva Ermənistanla Azərbaycanı sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı tezliklə danışıqlara balamağa çağırır və bu məsələdə lazımi köməklik göstərməyə hazırdır”.

Bunu Rusiya xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 19-da Moskvada keçirdiyi brifinqdə deyib.

Zaxarova deyib ki, Moskva tərəfləri humanitar sahədə mövcud olan qıcıqlandırıcı amilləri tezliklə aradan qaldırmağa çağırır.

O, həmçinin qeyd edib ki, Rusiya Bakı ilə Yerevanı əsirləri, hamının-hamıya prinsipi ilə dəyişməyə və minalanmış sahələrin xəritələrinin mübadiləsinə çağırır.

Mariya Zaxarova regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı bu yaxınlarda Moskvada, 3 tərəfli işçi qrupun görüşünə də toxunub və bunun müsbət nəticələr verdiyini vurğulayıb.

Ermənistan-dəmiryol
Ermənistan-dəmiryol

Rusiyanın Ermənistana silah satmasına Azərbaycanın münasibətilə bağlı jurnalistin sualına gəldikdə isə o , bunları deyib:

“Rusiyanın xaricə silah göndərməsi onun süveren hüququdur. Biz bu barədə çox çox eşidir, çox oxuyuruq. Amma diqqətinizə çatdırmaq istərdim ki, bizim həm Ermənistan, həm də Azərbaycanla müvafiq qarşılıqlı əlaqələrimiz var və biz bu məsələdə regionda qüvvələr balansının saxlanmasının vacibliyini nəzərə alırıq”, deyə o vurğulayıb.

Mariya Zaxarova bildirib ki, Rusiya dəfələrlə Bakıyla Yerevanı güc tətbiq etməkdən çəkinməyə və tərəflər arasındakı gərginliyi azaltmaq üçün yalnız siyasi diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı üştərəfli atəşkəs bəyannaməsinə imza atırlar, 2020, 10 noyabr
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı üştərəfli atəşkəs bəyannaməsinə imza atırlar, 2020, 10 noyabr

O, həmçinin deyib ki, 2020-ci il noyabrın 10-da Qarabağda atəşkəslə bağlı Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 3 tərəfli bəyannamənin şərtlərinin yerinə yetirilməsi qarşıda duran prioritet məsələdir.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin sentyabrında başlayan 44 günlük son Qarabağ müharibəsi və həmin atəşkəs bəyannaməsi ilə, Şuşa şəhəri və Hadrud qəsəbəsi də daxil olmaqla, 30 ilə yaxın Ermənistan ordusunun işğalında olan ərazilərini geri qaytarıb.

Qarabağdakı erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusu arasındakı təmas xəttində isə, Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.

XS
SM
MD
LG