Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:43

Ekspert: Türkiyənin Rusiya ilə razılaşdırmadan nəsə etməsi mümkün deyil


Türkiyə İlham Əliyevin vəd etdiyi kimi atəşkəsə nəzarət edə bilirmi?
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

Türkiyə İlham Əliyevin vəd etdiyi kimi atəşkəsə nəzarət edə bilirmi?

Ekspertlər deyirlər ki, birgə monitorinq mərkəzinin faktiki təsir qüvvəsi yoxdur

Qarabağda atəşkəs son günlər tez-tez pozulur, bəs Türkiyə, 10 noyabr gecəsi prezident İlham Əliyevin vəd etdiyi kimi atəşkəsə nəzarət edə bilirmi?

Həmin gecə Rusiya prezidenti ilə atəşkəs bəyanatı imzalayan prezident Əliyev demişdi ki, qurulacaq Türkiyə-Rusiya birgə monitorinq mərkəzi vasitəsilə Türkiyə də atəşkəsə nəzarət edəcək.

Birgə razılaşmaya əsasən Ağdam ərazisində Türkiyə və Rusiya hərbçilərinin atəşkəsə birgə nəzarət mərkəzi fəaliyyət göstərir.

Amma Bakıda Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, bu monitorinq mərkəzi faktiki təsir qüvvəsinə malik deyil və yalnız pilotsuz aparatlar vasitəsilə müşahidə aparır.

“Dron müəyyən bir sahəni göstərə bilər. Ən əsası isə sərhəddən kimin keçdiyini müəyyənləşdirə bilmir. Ola bilsin ki, ordan 100 adamın keçdiyini fiksasiya edə bilər. Amma o yüz adam kimdir? Terrorçudurmu? İdeoloji təbliğatçıdırmı? Bunu müəyyənləşdirə bilmir”.

“Rusiya 10 noyabr sazişini pozur”

Bu Mərkəzin internet saytı yoxdur, məlumatları ictimaiyyətə açıqlamır. Azərbaycanın Müdafiə Nazirliyi də AzadlıqRadiosunun mərkəzin fəaliyyəti barədə sualını cavablamayıb.

Türkiyənin də iştirak etdiyi monitorinq mərkəzindən səs çıxmasa da, Rusiya Müdafiə Nazirliyi ayrıca rəsmi məlumat yayır və Azərbaycanın qəzəbinə səbəb olan, Dağlıq Qarabağdakı hərbi birləşmələrinə hücum edilməsi ifadəsini işlədir.

Bakıda, prezidentin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyir ki, bu cür bəyanatlarla görünür Rusiya sözü gedən mərkəzin effektivliyini aşağı salmaq istəyir:

“Mərkəzin funksiyası atəşkəsə nəzarətdir. Çox güman ki, Rusiya Mərkəzin fəaliyyətinin effektivliyini aşağı salmaq istəyir. Rusiya Müdafiə Nazirlyiinin sonuncu bəyanatı (“Dağlıq Qarabağ” hərbi birləşmələrinin qeyd olunması” - red) faktiki olaraq Rusiya sülhməramlı qüvvələrinin 10 noyabr bəyanatının 4-cü maddəsini pozması deməkdir”.

Şuşada atəş səsləri. Türkiyə monitorçuları nə edə bilir?
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Türkiyə təkbaşına heç nə edə bilmir

Qarabağda durumu izləyən Beynəlxalq Böhran Qrupu da bu ilin iyunundakı hesabatında Rusiya, Türkiyə, Azərbaycan rəsmilərinə istinadla yazır ki, cəbhə xətti boyunca pilotsuz aparatlar uçur və atəşkəs pozularsa, Rusiya dərhal Ermənistan və Azərbaycan Müdafiə Nazirlərliklərini məlumatlandırır. Türkiyə isə ancaq Azərbaycan tərəfinə məlumat verir.

İstanbulda EDAM - İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin hərbi təhlilçisi Can Kasapoğlu deyir ki, Türkiyənin mərkəzdəki fəaliyyəti məhdud vəziyyətdədir - çünki Rusiya özünü sülhməramlı kimi aparmır, erməni qüvvələri ilə əməkdaşlıq edir.

“Monitorinq Mərkəzinin problemləri var. Bu təşkilat konsensus əsasında fəaliyyət göstərir. Türkiyənin təkbaşına təşəbbüs göstərib, Rusiya ilə razılaşmadan nə isə etməsi mümkün deyil”.

Erməni kəndlilər: 'Görün türklər hara gəlib. Uşaqları hara aparaq?'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Beynəlxalq Böhran Qrupu yazır ki, Ağdam rayonun Qiyaməddin kəndində yerləşən bu mərkəzdə Rusiya tərəfdən 47, Türkiyə tərəfdən 45 hərbçi var və Azərbaycan tərəfinin məlumatına görə, bu rəqəm hər iki tərəfdən 60-a çatdırıla bilər.

Keçən il Ermənistanla Azərbaycan arasında 44 günlük müharibədən sonra bölgəyə Rusiya sülhməramlıları gəlib, Azərbaycanın müttəffiqi Türkiyə isə diplomatik danışıqlara birbaşa cəlb olunmayıb.

XS
SM
MD
LG