Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:27

'Delta'nın sonu görünürmü – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Avropalıların 54 faizi COVID-19 pandemiyasının onlara heç təsir göstərmədiyini deyirlər.

Covid-19 pandemiyası Avropada siyasətə necə təsir göstərə bilər? Avropa Xarici Əlaqələr Şurası bu məsələni araşdırıb.

Sentyabrın 1-də açıqlanmış hesabat AB-nin 12 ölkəsində keçirilmiş sorğulara əsaslanır. Hesabata görə, pandemiya avropalıların çoxunun siyasətə və dövlətin roluna münasibətini də dəyişib.

Avropalıların 54 faizi Covid-19 pandemiyasının onlara heç təsir göstərmədiyini deyirlər.

Daha çox Avropanın şimalında və qərbində yaşayanlar pandemiyanın təsirini birbaşa hiss etməyiblər. Şərqi və cənubi Avropada isə bir çoxları xəstəliyin və onun yaratdığı iqtisadi əngəlləri birbaşa hiss etdiklərini deyiblər.

COVID qadağaları Konstitusiyaya uyğundurmu?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Hökumətin addımlarına skeptik yanaşma

Danimarkada respondentlərin 72, Almaniyada 65, Avropa və Niderlandda isə 60 faizindən yuxarı pandemiyanın təsirini görmədiklərini deyiblər.

Macarıstanda bu rəqəm 35, İspaniyada 36 faiz olub.

Avropada əsasən gənclər özlərini pandemiyanın böyük qurbanları sayırlar. Yaşı 60-dan yuxarı olanların isə üçdə ikisi koronavirus böhranının onlara şəxsən təsir göstərmədiyini deyib.

Gənclər arasında hökumətin niyyətinə sinik yanaşma güclənib. Gənclər hökumətlərin pandemiya qadağalarının əsl niyyətinin virusun yayılmasını önləmək olmasına az inanırlar.

Yaşı 30-dan aşağı olanların 43 faizi hökumətlərin motivlərinə skeptik yanaşıb: 23 faiz düşünüb ki, hökumətin əsas niyyəti nəzarət görüntüsü yaratmaqdır. 20 faizinin fikrincə, hökumətlər pandemiyadan ictimaiyyətə nəzarəti artırmaq üçün bəhanə kimi istifadə edirlər.

Hesabat gənc avropalıların demokratiyaya inamını da sarsıtdığını üzə çıxarıb. İndi adamların 27 faizi özünü azad hiss etmədiyni deyir. İki il öncə bu rəqəm 7 idi.

Delta nə vaxt səngiyəcək

“The New York Times” Birləşmiş Ştatlarda koronavirusun delta ştammının sürətinin yavaşıdığını, bəzi ştatlarda yeni yoluxmaların azaldığını yazır. Son bir həftənin yoluxma sayı iki həftə öncəkindən 14 faiz yüksəkdir, bu isə iyul və avqustun əvvəlindəki göstəricinin kiçik bir hissəsidir.

Müəlliflər virusun növbəti aylarda gözlənən istiqamətilə bağlı ekspert fikirlərinin fərqləndiyini yazırlar. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin izlədiyi bəzi proqnozlar yoluxmaların sentyabrın ilk həftələrində yüksələcəyini göstərir. Bir çoxları isə əksini proqnozlaşdırır.

“Fikrimcə, azalma baş versə belə, yüngül olacaq. Hazırda elə bir həddə çatmışıq ki, məktəblərin açılması bizi yenidən artıma aparacaq”, – epidemioloq Selin Qaunder deyib.

Onun fikrincə, sentyabrda Birləşmiş Ştatlarda yoluxma çoxalacaq, oktyabrda yenidən enəcək. Digər tərəfdən, virus yay boyunca peyvənd olunmayalara yoluxaraq zəifləyə bilərdi, amma hələ yoluxmayanlar qalır.

“Düşünmürəm ki, həssas şəxslərin hamısı yoluxub. Məncə, adamların bu məsələdə yalançı təhlükəsizlik hissi var”, – həkim vurğulayıb.

Elə bu səbəbdən də məktəblər, ofislər açıldıqca, daha çox adam qaynayıb-qarışdıqca yoluxmalar yenidən baş qaldıra bilər.

Bəzi epidemioloqlar isə cənub ştatlarındakı tendensiyaların ürəkləndirici olduğunu deyirlər. Məktəblər açılır, uşaqlar arasında yoluxmalar yayılır, yetkin yaşlılar arasında isə azalır.

Azərbaycan rəsmiləri də hazırda ölkədə yoluxmaların 94 faizinin delta ştamının payına düşdüyünü deyirlər.

XS
SM
MD
LG