Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

Buster dozalar immuniteti gücləndirsə də...


Arxiv fotosu
Arxiv fotosu

Pfizer İsraildə buster proqramından əldə olunan dataya istinadla üçüncü dozanın virusa qarşı güclü qorumanı bərpa etdiyini vurğulayır

Pfizer-in üçüncü dozası immun reaksiyasını gücləndirsə də, ona ehtiyac olmaya bilər. Bunu ABŞ-ın Qida və Dərman Administrasiyasının (FDA) alimləri bildirir.

FDA-nın sentyabrın 15-də neytral mövqeyini açıqlayıb. İki gündən sonra isə müstəqil ekspertlər qrupu ölkənin tənzimləyici orqanlarına Pfizer-in üçüncü dozasıyla bağlı tövsiyəsini verməlidir.

Vaksinlər qorumanı təmin edir

Bu arada Prezident Co Bayden və onun səhiyyə müşavirləri gələn həftədən buster doza kampaniyasına start verməlidir. Səbəb kimi vaksinin effektinin azalması göstərilir. Bayden administrasiyası ümid edir ki, busterlər yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər.

Bir çox alimlər isə buster dozaları əhalinin geniş təbəqəsinə vurmağın vacibliyinə şübhə edirlər.

“Bəzi müşahidələr Pfizer vaksininin simptomatik yoluxma, yaxud delta ştammına qarşı effektinin zamanla azaldığını göstərir, digərləri isə bunun əksini ortaya qoyur”, – FDA-nın sənədində deyilir.

“Ancaq ümumu dataya görə, ABŞ-ın lisenziya verdiyi COVID-19 vaksinləri ölkədə xəstəliyin ağır formasına və ölümə qarşı qorumanı təmin edir”, – onlar vurğulayırlar.

Portuqaliyada əhalinin 80 faizi tam vaksin alıb
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Pfizer-in araşdırması

Vaksini Almaniyanın BioNTech şirkəti ilə birgə hazırlamış Pfizer isə panelə təqdim etdiyi məlumatda qeyd edir ki, klinik sınaqların datası vaksinin effektinin ikinci doza vurulandan sonra hər iki ay ərzində 6 faizədək azaldığını göstərir. Şirkətin məlumatına görə, İsrail və Birləşmiş Ştatlardan əldə olunan real data Pfizer/BioNTech vaksininin effektinin azaldığını göstərir. Ancaq vaksin yenə də yoluxmaların ağırlaşmasına və ölümə qarşı yüksək effekt ortaya qoyub.

Şirkət bildirir ki, üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Pfizer həmçinin bu anticismlərin yüksək yoluxucu delta ştammına qarşı güclü olduğunu qeyd edir.

Şirkətin mövqeyinə görə, ABŞ-ın tənzimləyici orqanları ikinci dozadan altı ay sonra buster dozanın vurulmasını təsdiqləməlidir.

Pfizer İsraildə buster proqramından əldə olunan dataya istinadla üçüncü dozanın virusa qarşı güclü qorumanı bərpa etdiyini vurğulayır.

İsrail buster dozaların geniş miqyasda vurulduğu ilk ölkədir, ondan sonra bəzi ölkələr də buna gedib. Birləşmiş Ştatlar isə ötən ay immun sistemi zəif olanlar üçün əlavə dozaları təsdiqləyib.

DST-nin mövqeyi

Dünya Səhiyyə Təşkilatı (DST) da buster dozalara qarşı çıxır. Qurum mövcud vaksin rejimlərinin virusa qarşı effektli olduğunu deyir, əlavə dozaları yoxsul ölkələrə göndərməyə çağırır.

Gələn həftə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məşvərətçi qurumu bir araya gələrək öz tövsiyəsini hazırlamalıdır.

Moderna da FDA-dan öz vaksininin buster dozasını təsdiqləməyi xahiş edib.

ABŞ-da yerləşən şirkət sentyabrın 15-də öz araşdırmasını yayıb. Araşdırma təxminən 13 və 8 ay öncə vaksin olunanlarda immunitetin azaldığını üzə çıxarıb.

FDA-nın Moderna və birdozalı Johnson & Johnson vaksinlərinin buster dozalarını nə vaxt nəzərdən keçirəcəyi bəlli deyil.

XS
SM
MD
LG