Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:43

Ermənistan KTMT-də sədr oldu, Paşinyan dronlardan danışdı


Sentyabrın 16-da Düşənbədə keçirilən KTMT Şurasının iclasında
Sentyabrın 16-da Düşənbədə keçirilən KTMT Şurasının iclasında

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin sədrliyi zamanı həyata keçirilməsi nəzərdə tutulan prioritet məsələlər barədə məlumat verib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) 2021-22-ci illər üçün rotasiyalı sədrliyi qəbul edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, təşkilat şurasının növbəti iclası gələn ilin dördüncü rübündə Yerevanda keçiriləcək.

Xəbərdə deyilir ki, xarici işlər, müdafiə nazirlərinin, habelə təhlükəsizlik şurası katiblərinin növbəti birgə iclasları da gələn ilin əvvəllərindən Ermənistan paytaxtında keçirilməlidir.

Təşkilatın sentyabrın 16-da Düşənbədə keçirilən iclasında KTMT-nin baş katibi Stanislav Zas deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin sədrliyi zamanı həyata keçirilməsi nəzərdə tutulan prioritet məsələlər barədə məlumat verib.

Paşinyan KTMT partnyorlarına diqqəti təşkilatın dinamik inkişafı və iş mexanizmlərinin səmərəliliyinin artırılması naminə davamlı birgə fəaliyyətə yönəltməyi tövsiyə edib:

“Böhran monitorinqinin, proqnozlaşdrıma və önləmənin zəruriliyi aşkardır. Praktikada bütün bunlar böhrana reaksiya mərkəzinin tammiqyaslı işi hesabına təşəkkül tapacaq”.

Paşinyan müasir dronlara ehtiyac olduğunu vurğulayıb

Paşinyan qeyd edib ki, onun ölkəsi döyüş qabiliyyəti, döyüş hazırlığı və hərəkiliyin artırılması üçün KTMT partnyorları ilə qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir.

Ermənistan baş naziri bunu da vurğulayıb ki, KTMT kollektiv hərbi qüvvələrinin modernləşdirilməsinə, onun yeni silahlar, o cümlədən pilotsuz uçan aparat birlikləri ilə möhkəmləndirilməsinə ehtiyac var.

Azatutyun qeyd edir ki, ötən il Azərbaycanla müharibə zamanı Ermənistanın KTMT-dən dəstək üçün ciddi gözləntiləri olub, lakin təşkilat bu münaqişəyə hər hansı bir şəkildə müdaxilədən çəkinib.

Təşkilata başçılıq edən Rusiyanın prezidenti Vladimir Putin KTMT-nin Düşənbə sammitinə qatılmayıb.

Özünütəcriddə olan Putin prezidenti bu iclasda videobağlantı ilə iştirak edib.

XS
SM
MD
LG