Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

Bayden erməni əsirləri buraxmağa çağırır


Co Bayden
Co Bayden

ABŞ Prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik edib.

Bayden iki ölkənin tarixi, ailəvi və dostluq bağlarının olduğunu, 1.5 milyon erməni əsilli amerikalının bu əlaqələrin zənginləşdirilməsi və möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Ruben Mehrabyan: 'Əsas şərtimiz - heç bir şərtin qoyulmamasıdır'
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Demokratik institutlara dəstək

"Gələcəkdə də erməni xalqının demokratiya yolunda irəliləməsini dəstəkləyəcəyik", – deyən Bayden Ermənistanda demokratik institutların, insan haqlarının möhkəmlənməsi, korrupsiya ilə mübarizədə cəhdlərinin dəstəklənəcəyini vurğulayır.

Məktubda erməni xalqının son bir ildə Dağlıq Qarabağ münaqişəsində "faciəvi" insan itkisi ilə üzləşdiyi vurğulanır.

"Hökumətinizlə birlikdə, ATƏT-in Minsk qrupu və digər regional formatlarda regionda sabitlik və münaqişənin həlli üçün çalışacağıq. Birləşmiş Ştatlar Azərbaycanda saxlanan erməni əsirlərin hamısının buraxılması üçün çağırışları davam etdirəcək", – Bayden vurğulayıb.

Təbrik məktubunda ABŞ-ın Ermənistana COVID-19 ilə mübarizəyə 14.2 milyon dollardan çox vəsait ayırdığı da qeyd edilir.

Azərbaycan da Ermənistanı məhkəməyə verir
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Xatırlatma

Ötən il 44 günlük müharibədən sonra Ermənistana 104 əsirin qayıtdığı bildirilir. Azərbaycan hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış hərbçilərin əsir deyil, terrorçu-diversant olduğunu desə də, onların bir qismi sonradan mina xəritələri əvəzində Ermənistana qaytarılıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

XS
SM
MD
LG