Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Saakaşvili özünü ‘Putinin şəxsi məhbusu’ adlandırır


Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanası
Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanası

O ukrayn, rus və ingilis dillərinə tərcümə edilmiş müraciətini Facebook səhifəsində yerləşdirib

Uzun müddət mühacirətdə yaşadıqdan sonra vətənində həbs olunmuş keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili oktyabrın 5-də bəyan edib ki, Rustavi həbsxanasında başladığı aclıq aksiyasını “ya bütün tələbləri təmin edilənə, ya da ömrünün sonunadək davam etdirəcək”.

O ukrayn, rus və ingilis dillərinə tərcümə edilmiş müraciətini Facebook səhifəsində yerləşdirib:

"Yəqin ki, bilirsiniz, kimi mən aclıq elan etmişəm və istəyirəm ki, biləsiniz: mən aclığı özüm və mənə görə həbs edilmiş adamlar azad olunanadək heç bir şəraitdə dayandırmayacağam”.

Saakaşvili habelə bildirir ki, huşunu itirəcəyi təqdirdə hər hansı tibbi yardımdan və ya tibbi müdaxilədən imtina edir.

Keçmiş prezidentin sözlərinə görə, o bu radikal addımı “tərəfdarlarını fəal hərəkətə qaldırmaq və azadlıq və demokratiyanı bərqərar etmək” üçün atıb.

Zelenskiyə təşəkkür

Saakaşvilinin adından yazılmış daha bir məktubda Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edilir.

Bundan əvvəl Zelenski demişdi ki, Ukrayna vətəndaşı Saakaşvilinin azad olunması üçün mübarizə aparacaq.

Saakaşvili yazır ki, o əslində “Putinin şəxsi məhbusudur” və “Zelenskinin Ukraynanın, bütün regionun, bütün region məhbuslarının müdafiəsində tutduğu prinsipial mövqeyini” yüksək qiymətləndirir.

O habelə yazır ki, Gürcüstanı öz vətəni hesab edir, Ukraynanı sevir və islahatların həyata keçirilməsində Zelenskiyə məmnuniyyətlə kömək edərdi.

Gürcüstanda iki cinayət işi üzrə qiyabi olaraq həbsxana cəzasına məhkum edilmiş Saakaşvili vətəninə bələdiyyə seçkisinin ərəfəsində məxfi yolla gəlib.

Lakin o, oktyabrın 1-də həbs edilib. Seçkidə hakim Gürcü Arzusu partiyası qalib gəlib. Saakaşvilinin əsasını qoyduğu partiya bu seçki yarışında ikinci olub.

Lakin Tbilisi də daxil, bir neçə iri şəhərdə mer seçkilərinin ikinci turu keçiriləcək.

Daha bir seçki ümidi

Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından olan namizədlər oktyabrın 30-da keçiriləcək ikinci turda qalib gələcəklərinə ümid edirlər.

Bu tarixə qədər müxalifətin hər hansı kütləvi aksiya keçirib-keçirməyəcəyi məlum deyil.

Saakaşvili Rusiya prezidenti Vladimir Putini ən kəskin tənqid edən liderlərdən biridir.

O 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi baş verəndə Gürcüstanın prezidenti idi. Bu müharibədə Rusiya faktiki olaraq Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini nəzarətə götürüb.

Rusiya bu iki bölgənin müstəqiliyini tanısa da, əksər ölkələr və BMT bu əraziləri Gürcüstan torpağı hesab edir.

Saakaşvili Gürcüstanın hazırkı hakimiyyətini Rusiyaya “işləməkdə” ittiham edir. Ukraynada işlədiyi illərdə Saakaşvili ilə ovaxtkı prezident Petro Poroşenko arasında münasibətlər korlanmışdı. Lakin onun indiki prezident Zelenski ilə yaxşı münasibətləri var.

XS
SM
MD
LG