Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:36

Putin hər üçüncü uşaq üçün 1 milyon rubl ödənilməsini təklif edib


Vladimir Putin Vladivostokdakı uşaq mərkəzində
Vladimir Putin Vladivostokdakı uşaq mərkəzində

Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq federal dairəsində yaşayan ailələrə hər üçüncü və ondan sonra doğulan uşaqlar üçün hər birinə 1 milyon rubl (14 min dollar) mükafat verilməsini təklif edib.

RIA Novosti Kremlə istinadən yazır ki, o hökumətə noyabrın 1-dək bu birdəfəlik sosial ödənişin edilməsi məsələsinə baxılmasını tapşırıb.

Bu müavinəti uşağın doğulmasını VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi) qeydiyyatdan keçirən ailələr ailə biləcək.

Vəsaiti regionda yaşayış sahəsinin alınmasına və ya tikintisinə yönəltmək olar.

Prezidentin bu tapşırığı üzrə məruzəni baş nazir Mixail Mişustin etməlidir.

Bundan başqa hökumətə noyabrın 3-dək Uzaq Şərq dairəsindəki tibb müəssisələrinin vətəndaşların, o cümlədən COVID-19-a yoluxmadan sonra tibbi reabilitasiyası üçün proqrama cəlb edilməsi tapşırılıb.

Bundan başqa ucqarlarda və əhalinin seyrək yaşadığı regionlarda dövlət tibb müəssisələrinin maliyyələşdirmə mənbələrinin formalaşdırılması üçün xüsusi tədbirlər həyata keçirilməlidir.

Belə tibb müəssisələrinin kreditlər üzrə borclarının silinməsi üçün federal büdcədən əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Bu barədə bütün məruzələr Putinə noyabrın 1-dək edilməlidir.

Xatırlatma

Rusiyanın əhalisi dalbadal iki ildir ki, azalır və miqrant axını bu azalmanın qarşısını ala bilmir.

AzadlıqRadiosunun Rus xidməti Rusiya Statistika İdarəsinə istinadən yazır ki, əhali azalması 2026-cı ilədək artan xətlə davam edəcək.

Rosstatın məlumatında deyilir ki, 2020-ci il, yanvarın 1-ə olan məlumata görə Rusiyanın əhalisi 146 milyon 745 min nəfərdir.

2018-ci ilin əvvəli ilə müqayisədə əhali 35 min 622 nəfər azalıb.

Bu il azalmanın artacağı gözlənilir.

2009-cu ildən 2017-ci ilədək Rusiya əhalisi artmaqda idi. Lakin 2018-ci ildə son on ildə ilk dəfə olaraq əhali 99 min nəfər azalıb.

2016-cı ildən sürətlənmiş əhali azalmasının əsas səbəbi olaraq təbii artımın azalması göstərilir.

XS
SM
MD
LG