Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:52

Pandemiyanın ‘bitməsinə çox var’


Krım, Ukrayna
Krım, Ukrayna

Pandemiya “dünya onun bitməyinə qərar verən zaman” bitəcək

Dünyanın COVID-19 virusu üzərində qələbəni elan etməsinə hələ çox var. Bu xəbərdarlıqla Dünya Səhiyyə Təşkilatı (DST) çıxış edib.

“Həftəyə 50 min adam ölürsə, pandemiya bitməyib, bunlar isə yalnız qeydə alınan ölümlərdir”, – DST rəhbəri Tedros Adhanom Gebreyesus oktyabrın 24-də Berlində Dünya Səhiyyə Sammitində deyib.

40 faizlik hədəfə çatanlar...

“Onun bitməsi bizim əlimizdədir. Gərəkən bütün alətlər var – effektik ictimai səhiyyə alətləri, effektiv tibbi alətlər, amma dünya bu alətlərdən yaxşı istifadə etməyib”, – DST rəhbəri vurğulayıb.

Pandemiya “dünya onun bitməyinə qərar verən zaman” bitəcək, o deyib.

Gebreyesusun sözlərinə görə, Böyük İyirmilik (G20) daxil olmaqla 40 faizlik vaksinasiya hədəfinə çatmış ölkələr “vaksin təchizatındakı növbələrini COVAX və Afrika Vaksin Əldə Etmə Fonduna (AVAT) verməlidirlər”.

DST başçısı islahatçıların da COVAX və AVAT ilə kontraktlarına üstünlük verməli olduqlarını söyləyib.

“Baryer istehsalla bağlı deyil. Baryer siyasətlə və mənfəətlə bağlıdır”, – o deyib.

ABŞ-da qərar gözlənir

Bu arada Birləşmiş Ştatların yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi deyib ki, noyabrın birinci yarısından 5-11 yaşlılar vaksin vurdurmaq mümkün olacaq. Entoni Fauçi bunu ABC TV-yə müsahibəsində söyləyib.

Hazırda ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) Pfizer/BioNTech şirkətinin azyaşlılara ikidozalı vaksinin vurulması üçün müraciətinə baxır.

FDA-nın kənar müşahidəçilər qrupu rəyini oktyabrın 26-da açıqlayacaq. Adətən, FDA bu qurumun tövsiyəsinə əməl edir, amma qarşısında belə bir tələb yoxdur.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) isə noyabrın 2-3-də tövsiyələri nəzərdən keçirəcək, daha sonra yekun qərar verəcək.

XS
SM
MD
LG