Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:49

Rəisi : 'Region ölkələri sərhədlərinin dəyişdirilməsi qeyri-məqbuldur'


İbrahim Rəisi
İbrahim Rəisi

Bunu noyabrın 16-da İran prezidenti İbrahim Rəisi telefon söhbəti zamanı rusiyalı həmkarı Vladimir Putinə bildirib

İran tərəfi Rusiya ilə hərtərəfli əməkdaşlıq haqqında uzunmüddətli saziş bağlamağa hazırdır.

Rusyanın dövlət TASS xəbər agentliyinin məlumatına görə bunu noyabrın 16-da İran prezidenti İbrahim Rəisi telefon söhbəti zamanı rusiyalı həmkarı Vladimir Putinə bildirib:

"Biz iki ölkə arasında ikitərəfli qarşılıqlı fəaliyyət prosesinin daha da genişləndirilməsini sürətləndirmək məqsədilə uzunmüddətli və hərtərəfli əməkdaşlıq sənədinin yekunlaşdırılmasına hazırıq”.

Rəisi deyib ki, bir çox beynəlxalq məsələlərdə Tehran və Moskvann mövqeləri yaxındır.

Onun sözlərinə görə bu mövqe beynəlxalq məsələlərdə birtərəfli yanaşmaya qarşıdır və çoxqütblü yanaşmanı dəstəkləyir.

İran prezidentinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, İbrahim Rəisi Rusiyanın Qafqazda asayiş və stabilliyin bərqərar edilməsinə yönəlik təşəbbüsünü alqışladığını bildirib:

"Geosiyasətdə hər hansı dəyişiklik və ya region ölkələri sərhədlərinin dəyişdirilməsi qeyri-məqbuldur. Rəisi iki ölkə arasında regional məsələlərdə əməkdaşlığın zəruriliyini vurğulayıb”.

Bundan əvvəl Kremlin mətbuat xidməti bildirmişdi ki, iki lider arasında söhbət zamanı Putin Rəisiyə Qarabağda atəşkəs rejiminin saxlanması üçün Rusiya tərəfinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

XS
SM
MD
LG