Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Berdiməhəmmədov neft-qaz sektorunu oğluna 'tapşırdı'


Serdar Berdımuxammedov
Serdar Berdımuxammedov

Prezident noyabrın 25-də keçirdiyi hökumət müşavirəsində ölkənin neft-qaz kompleksinə rəhbərliyi oğluna həvalə etdiyini bildirib

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı ölkənin neft-qaz sektoruna rəhbər təyin edib.

Müşahidəçilər bunu avtoritar liderin bir gün hakimiyyəti 40 yaşlı oğluna ötürmək hazırlığının növbəti mərhələsi kimi qiymətləndirirlər.

Sərdar Berdiməhəmmədov artıq indiyədək millət vəkili və baş nazirin iqtisadiyyat üzrə müavini idi.

Tənqidçilər bildirirlər ki, Türkmənistan prezidenti indiyədək ölkənin enerji gəlirlərini dəbdəbəli və mənasız nəhəng layihələrə xərcləyib.

Ölkə əhalisinin böyük əksəriyyəti yoxsulluq içində olsa da, Berdiməhəmmədov və onun yaxın çevrəsi Türkmənistanda iqtisadiyyatın bütün sahələrinə nəzarət edir.

Qurbanqulı Berdiməhəmmədov hakimiyyətə 2006-cı ildə ondan əvvəlki avtoritar prezident Saparmurat Niyazov vəfat edəndən sonra gəlib.

Türkmənistanın 6 milyonluq əhalisinin böyük bir hissəsi yoxsul yaşayır və dövlətin ayırdığı subsidiyalı ərzaqla dolanır.

Türkmənistan ehtiyatlarına görə dünyanın dördüncü qaz ölkəsi olsa da, əhaliyə verilən güzəştli ərzağın payı son günlərdə azaldılıb.

“Xalqın oğlu”

İqtidaryönlü “Neytral Türkmənistan” qəzeti yazır ki, prezident noyabrın 25-də keçirdiyi hökumət müşavirəsində ölkənin neft-qaz kompleksinə rəhbərliyi oğlu Sərdar Berdiməhəmmədova həvalə etdiyini bildirib.

Enerji satışı Türkmənistanın ən əsas gəlir sahəsidir.

Lakin "Crude Accountability" təşkilatı və başqa müşahidəçilər bildirirlər ki, qaz gəlirlərinin 80 faizi Berdiməhəmmədov ailəsinin də daxil olduğu düşünülən elitaya bağlı özəl şirkətin hesablarına yatırılır.

Ötən həftə yerli xəbərlərdən məlum olub ki, hakimiyyət yoxsul əhaliyə ayrılan subsidiyalı ərzağın həcmini növbəti dəfə ixtisar edib.

Yeni qaydalara görə, bir sıra əhali kateqoriyaları, o cümlədən məhkumluğu olanlar ərzaq dotasiyasından məhrum edilir.

Bundan başqa yeni qaydalarda ərzaq payının hər ailəyə yox, hər evə verilməsi nəzərdə tutulur.

Türkmənistanın əksər evlərində bir neçə nəsli təmsil edən bir neçə ailə yaşayır.

Berdiməhəmmədov oğlu Sərdarı indiyədək bir sıra vəzifələrə təyin edib. O, xarici işlər nazirinin müavini, paytaxt Aşqabadın da daxil olduğu regionun qubernatoru, Təhlükəsizlik Şurasının üzvüdür.

Sərdar Berdiməhəmmədovun rəsmi titutlu “xalqın oğludur”. O, ictimai tədbirlərə əsasən atası ilə birlikdə qatılır.

XS
SM
MD
LG